Xalq artistini öldürmək istədilər: "Beş dəqiqə sonra özümə gəlmişəm"

08:38 / 24.01.2017

Söhbətimizin pozitiv əhval-ruhiyyədə keçməsi üçün "əcəb cavan qalmısınız" deyib, kompliment eləmək istədim. Yarızarafat-yarıgerçək məni şantaj eləməyə başladı: "Bax deyirəm ha, əgər başıma bir iş gəlsə, sosial şəbəkədə hər kəsə yayacam ki, sənin mənə gözün dəyib". And-aman elədim ki, vallah-billah, gözümdə yoxdur...

Strategiya.az Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlının Milli.Az-a müsahibəsini təqdim edir.

- Ağaxan müəllim, çox deyirdiniz elə, məni filmlərə çəkmirlər, axır ki, çəkildiniz. Gənclərin ekranlaşdırdığı "Naxox" adlı filmdə sizi də gördük.

- Mən demirəm, çəkmirlər, dəvətlər çox olur, sadəcə olaraq, özüm çəkilmirəm. Daha doğrusu, seçim edirəm. Əvvəlcə ssenariyə baxıram. Görsəm ki, həmin rol yaradıcılığıma yeni nəfəs gətirəcək, qonorarı ikinci plana salıram. Yox, görəndə ki, ssenari ürəyimcə deyil, o halda qiymət oxuyuram. Elə bir məbləğ deyirəm ki, qaçırlar. Ya əlləri gəlmir verməyə, ya da o qədər pulları olmur.

- Bu da ürəyinizcə olmayan filmə çəkilməmək üçün bəhanənizdir yəni. Deyin görək, bir film üçün nə qədər qonorar alırsınız? Bilirəm, səmimi insansınız, bəziləri kimi "yox, qonorarın məbləğini açıqlamıram" deməyəcəksiniz.

- Əgər filmin çəkilişi bir günlükdürsə, min manat, beş günlükdürsə, beş min manat. Əgər ssenari xoşuma gəlirsə, üç gün üçün də min manata razılıq verirəm.

- Bəs sonuncu çəkildiyiniz filmdə qonorardan razı qaldınız?

- Açığını deyim ki, bu filmə dəvət alandan bir qədər əvvəl məni başqa bir filmə çağırmışdılar. Getdim, baxdım, nə ssenari məni qane elədi, nə də qonorar. Qayıdıb bu filmə çəkildim. Burada mənə maliyyə güzəşti də olundu, həm də ssenari xoşuma gəldi. Cavanlar məni hörmət-izzətlə qarşılayıb, yola saldılar.

- Belə də ki, maşallah, heç çeviklikdə cavanlardan geri qalmırsınız ha?

- Bax gözün dəysə, sabaha qədər başıma bir iş gəlsə, yazıb internetdə yayacam ki, ay camaat, jurnalist Cəvahirin mənə gözü dəydi.

- Narahat olmayın, gözümdə yoxdur... Siz deyin görək, filmdə necə uçurdunuz e?

- Hə, orada bir kadr vardı, uçmalıydım, uşaqlar dedilər ki, kaskadyor çağıraq. Dedim, əşşi, qocalmamışam ki, mənim yerimə kimsə oynasın. Amma öz aramızda qalsın, nə təhər uçdumsa, Allah məni saxladı. 99 faiz ölmüşdüm. Uçanda köynəyimin yaxası dartıldı və başladım boğulmağa. Nə baş verib, xəbərim olmayıb. Sonradan mənə dedilər ki, sən yuxarıda çabalayanda biz burada ölmüşdük. Beş dəqiqə sonra özümə gəlmişəm. Amma çəkilişi dayandırmadım.

- Elə məni qaralamısınız, bəs niyə demirsiniz ki, o cavan aktyorların da sizə gözü dəydiyi üçün az qala boğulacaqdınız?

- Elə onları da deyirəm. (gülür)

- Yəqin ki, bu illər ərzində səhnədə ekstremal vəziyyətə düşdüyünüz məqamlar az olmayıb...

- Cəmi bir dəfə olub. "Günaydın, əlahəzrət" tamaşasında kasıb ailənin uşağı rolunda çıxış edirdim. Tamaşada belə bir səhnə var, cəzalandırılıram və otağa salınıram. Orada pəncərədən mənə yemək verirlər, mən də vəhşicəsinə yeyirəm. Tamaşaların birində rekvizit Tamara İvanovnanın mənim üçün hazırladığı məxsusi yeməyi yeməliydim. Elə yeməyi ağzıma aparan kimi hiss etdim ki, ağzımda şuşə qırığı var. Tez arxamı zala çevirib, yeməyi qaytardım, amma özümü elə göstərdim ki, güya yemək yeyirəm. Məni Allah saxladı onda. Səhnədə dekorasiya dəyişən kimi o nimçəni yox eləmişdilər. Nə qədər axtardılar, teatrda o nimçəni tapan olmadı.

- Sizcə, kim eləmişdi bunu, hər halda bu qabaqcadan planlaşdırılıbmış?

- Çox güman ki, planlaşdırılıbmış. Amma heç kimdən şübhələnmədim. Mənim teatrda heç kimlə düşmənçiliyim olmamışdı. Tamara xala and-aman elədi ki, bu şüşədən xəbəri yoxdur. O yazıq nimçəni hazırlayıb, səhnənin kənarına qoyub getmişdi. Şüşə qırığı sonradan atılmışdı boşqaba.

- Küsülü ola-ola səhnəyə çıxdığınız aktyorlar da olub, yəqin...

- Ola bilər, kimləsə küsülü olum, kimdənsə xoşum gəlməsin, amma bərabər səhnəyə çıxmışıq. Heç vaxt aktyorun ixtiyarı yoxdur ki, buna etiraz eləsin.

- Maraqlıdır, tamaşa zamanı hansısa aktrisa qucaqlama, ya öpüş səhnəsinə görə etirazını bildirib?

- Elə şey mümkünsüzdür ki, aktrisa hansısa səhnəni oynamağa etiraz eləsin. Həmin aktrisanı dərhal teatrdan qovardılar.

- Həyat yoldaşınızı tamaşalarınıza aparırsınız heç?

 - Həmişə aparmışam.

- Sizi gözəl aktrisalara qısqanmayıb ki?

- Mən özümü elə aparmamışam ki, o məni qısqansın.

- Amma zaman-zaman aktyorların xanımları onları səhnədəki tərəf-müqabillərinə qısqanıblar...

- O aktyorlar özlərini yaxşı aparmayıblar və buna görə də xanımları onları qısqanıblar. Mən həmişə özümü yaxşı aparmışam və aramızda da inam olub. Onu da sənə deyim ki, hələ ömrümdə bir dəfə də olsun xanımım mənə belə şəxsi suallar verməyib. Belə sualları səndən eşidirəm.

- Elə belə suallarla sizi yormadığı üçün cavan qalmısınız da...

- Bu il martın 8-də ailə qurmağımızın 43 ili tamam olacaq. Yox, cavan qalmağımın səbəbi genetika ilə bağlıdır.

- Deyəsən, gec evlənmisiniz?

- 33 yaşımda. Mən karyerist adamam, ona görə gec evləndim. Xanımımla özümüz gördük bir-birimizi, özümüz də sevdik. Ailə qurmağımıza kimsə müdaxilə etməyib.

- Bu illər ərzində kim kimə daha çox dözüb?

- İkimiz də, o mənə, mən də ona. Mən pozitiv adamam. Həyat eşqim çox güclüdür. Heç vaxt keçmişi özümlə bu günə daşımamışam, bu günümü və sabahı düşünmüşəm. Adam var e, soruşur, yadına gəlir, filan vaxt filan hadisə olmuşdu? Deyirəm, yox, yadıma gəlmir. 70 ilin yükünü dalınca aparasan - bu mənlik olmayıb.

- Formada qalmağınız üçün pəhriz saxlayırsız?

- Yox. Adam var, nəfsini saxlaya bilmir, basıb yeyir. Onda hava da, su da yağa gedir. Çünki artıq onda maddələr mübadiləsi pozulur. Mən 1964-cü ildə teatra gəlmişəm, həmin il tamaşalarda geyindiyim paltarları indi də geyinib səhnəyə çıxıram. 30 il əvvəlin şalvarı elə bil əynimə biçilib.

- İnsanlarla rəftarda xüsusi bir silahınız varmı?

- İnsanları sevirəm, hətta məni sevməyənləri də. Buna görə də onlar məcburdurlar məni sevsinlər.

- Bəs ata kimi necə, sərtsinizmi?

- Qətiyyən. Amma tələbkaram. İki oğlum var, biri hüquqşünasdır, o biri iqtisadiyyatı bitirib. Uşaq vaxtı biri qarmon, o biri tar sinfinə gedirdi. Heç biri aktyor sənətini seçmədi, amma mən də onların seçiminə müdaxilə etmədim.

- Teatrdan başqa məşğuliyyətiniz varmı?

- Mən zəhməti çox sevirəm. Bağda işləməyi, xarratlıq etməyi xoşlayıram. Bir də zaman-zaman hobbilərim olub. Cavanlıqda qızılgül açıqcaları yığırdım. Böyük bir kolleksiyam vardı. Bir dəfə xaricə getmişdim, qayıdanda kolleksiyamı tapa bilmədim. Oğlanlarım həmin açıqcaları yazıb, məktəbdəki qızlara paylamışdılar. Ondan sonra bu vərdişi tərgitdim. İndi də əntiq əşyaları toplamağı sevirəm. Evdə anamın cehizi olan iki qədim lampa var, hərdən işıqlar sönəndə istifadə də edirik. Qədim mebel, masa, şkafları yığıram.

- Əməlli-başlı xəzinəniz varmış ki... Birdən oğlanlarınız açıqcalar kimi bu əşyaları da dost-tanışlarına paylayarlar e...

- Yox, o da bir iş idi, həm də uşaq idilər. İndi buna cəsarətləri çatmaz.

Cəvahir Səlimqızı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM