ABŞ-nın Minnesota ştatının qubernatoru Marfk Deyton çıxışı zamanı huşunu itirib.
APA-nın xəbərinə görə, ştat Konqresində çıxışa başladıqdan 45 dəqiqə sonra 69 yaşlı M. Deytonun halı pisləşib. Huşunu itirərək yıxılan qubernatorun başı tribunaya dəyib. O, salondakı şəxslərin köməyi ilə başqa otağa aparılıb.
Bir qədər sonra M. Deytonun oğlu atasının durumunun qənaətbəxş olduğu haqda açıqlama verib.
Qubernator daha əvvəl də oxşar hadisə ilə üzləşib. 2016-cı ilin fevralında o, rəsmi tədbir zamanı huşunu itirib və xəstəxanaya aparılıb.