ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici işlər naziri postuna təklif etdiyi Reks Tillersonun təyinatı təsdiqlənib.
Lent.az-ın məlumatına görə, Trampın prezidentliyi dövründə dövlət katibi postuna Reks Tillerson rəhbərlik edəcək.
64 yaşlı Tillersonun təyinatı demokratların 10 əleyhinə, respublikaçıların 11 lehinə səsi ilə təsdiqlənib.
Bildirək ki, R.Tillerson Amerikanın çoxmillətli neft və təbii qaz şirkəti olan "Exxon Mobil"in baş direktoru olub. Reks Tillerson Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərinə görə tənqid edilirdi.