Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilir ki, bu gün səhər saatlarından etibarən "Azəravtoyol" ASC-nin Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb.
Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib. Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarısı müəyyən edilib.