“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi 67 ünvanında yerləşən binanın girişində qeydə alınıb. Burada naməlum şəxs pilləkənlərlə qalxan 1960-cı il təvəllüdlü Elmira Məmmədovanı vuraraq içərisində 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 500 manat pul, sənədlər və 2 ədəd mobil telefon olan əl çantasını götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.