Bloggerin əsgərimizin öldüyü yalanı ifşa olundu.
Sosial şəbəkələrdə Azərbaycan əsgərinin şəhid olması barədə həqiqətə uyğun olmayan xəbər bu günün ən çox müzakirə olunan mövzusuna çevrildi.
Strategiya.az ARB TV-yə istinadən xəbər verir ki, mühacirətdə yaşayan və mütəmadi olaraq Azərbaycan barədə neqativ xəbər yayan birinin sosial şəbəkələrdə ordu, vətəndaş, cəmiyyətlə bağlı statusu birmənalı qarşılanmadı. Gün ərzində xəbərin yalan olduğunu etiraf edən bloggerin bu əməlinin arxasında əslində daha təhlükəli məqamlar var. Görəsən, bu şəxs əsgərin ölüm xəbərini paylaşarkən özünü onun valideynlərinin yerinə qoydumu?
Əkbəri Mahmud Əli: "Sağ-salamatam. İnternetdə yayılan şəklim bir neçə il əvvəl qohumum tərəfindən çəkilib və paylaşılıb".
Əsgərin atası: "Bu məlumatı kim yayıbsa ona nifrət edirəm. O Azərbaycan vətəndaşı deyil. Ermənipərəst insanlardır. Müdafiə Nazirliyinin işçilərinə təşəkkür edirəm ki, tez zamanda bu məsələni araşdırdırlar".
Videobloggerlərdən birinin yazdığına görə, Azərbaycan Silahlı Qüvvələrinin bu` hərbi qulluqçusu Əkbəri Mahmud Əli oğlu ölüb və Müdafiə Nazirliyi susub. Blogger bununla nəinki Nazirliyi düzgün xəbər yaymamaqda ittiham edib, hətta bir ailənin psixoloji sarsıntı keçirməsinə səbəb olub. Ən nəhayət isə düşmən dəyirmanına su töküb. Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun şəhid olması barədə xəbəri real faktlarla yalanlayan Müdafiə Nazirliyi bu cür və buna bənzər xəbərlərin tirajlanmasının ailələr üçün böyük narahatlıq doğurduğunu, ictimaiyyətdə çaşqınlıq yaratdığını və ordumuzun nüfuzuna xələl gətirmək məqsədi güddüyünü bəyan edib. Hələ ötən il, Azərbaycan Silahlı Qüvvələrinin şanlı səhifəsinə yazılmış aprel döyüşləri zamanı da mətbuatda cəbhədəki vəziyyət barədə bəzi üzdəniraq videoblogger və göbələk kimi artan dırnaqarası xəbər saytlarında buna oxşar məlumatlar yer aldı. O zaman həm cəmiyyət, həm də dövlət bunu qınadı. Və tez bir zamanda qarşısı alındı.
Media üzrə tanınmış ekspert Vüsal Məmmədovun sözlərinə görə, bu qəbildən olan xəbərlər milli təhlükəsizlik məsələsidir. Bu isə hər hansı fərdi və ya korporativ maraqlardan daha vacibdir. Burda heç kəs sifariş yerinə yetirməməlidir: "Həmin şəxslər xarici kəşfiyyatlardan aldıqları informasiyaların əsasında məlumatlar yayırlar və bu cür blogger olublar. Özlərinə verilən sifarişi sadəcə olaraq icra edirlər. Hərbi və milli təhlükəsizlik məsələlərinə çatırsa, düşünürəm artıq bu ciddi məsələdir. Məncə, hər kəs buna etirazın bildirməlidir. Jurnalistin hansı informasiyanı yayıb-yaymaması məsələsi də var. İşin etik və hüquqi tərəfləri var. Bloggerlər özlərini sanki etik və hüquqi tərəflərdən azad hiss edirlər. Bu adamlar da zəhmət çəkib yaydıqları informasiyanın məsuliyyətini dərk etməlidirlər. Başa düşməlidirlər ki, bu yaydıqları informasiyalar dövlətin təhlükəsizliyinə zərbə vurur.
Baş verən son hadisə isə yenidən ordu-cəmiyyət münasibətlərini, daha doğrusu ordu ilə bağlı xəbərlərin yayılmasında nələrə diqqət verməyin vacibliyini gündəmə gətirir. Gün ərzində ünvanına gələn iradları nəzərə alan üzdəniraq həmyerlimiz statusunu silərək üzr istəyib. Deyib ki, bundan sonra daha ehtiyatlı olacaq.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM