“AZƏRBAYCAN: GƏLƏCƏYƏ BAXIŞ” mövzusunda respublika konfransı - Fotolar

16:05 / 28.04.2014

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummili lider Heydər Əliyevin  anadan olmasının  91 illiyinə həsr olunmuş “AZƏRBAYCAN: GƏLƏCƏYƏ BAXIŞ” mövzusunda ali təhsil müəssisələri tələbələrinin Respublika konfrans keçirilmişdir

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycan: gələcəyə baxış” mövzusunda ali təhsil müəssisələri tələbələrinin Respublika konfrans keçirilmişdir. Plenar iclas akademiyanın böyük iclas zalında Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən gələn qonaqların, professor-müəllim heyətinin və tələbələrin  iştirakı ilə baş tutmuşdur. Konfransda respublikanın 9 ali təhsil müəssisəsindən 146 tələbə məruzə ilə çıxış etmişdir.

Tədbiri akademiyanın rektoru sosiologiya elmləri doktoru Hüseyn Qaraşov açaraq, xalqımızın ulu öndəri, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində qoyduğu dərin izdən, vətənpərvərlik ideologiyasından və gənclərə qayğısından geniş söz açmışdır. O, müasir Azərbaycan gəncliyinin bu dəyərləri hər zaman öndə tutmalı olduğunu, vətənə, xalqa layiqli gənclər olaraq formalaşmalı olduğunu qeyd edərək, milli dəyərlərin qorunması sahəsində Heydər Əliyevin inkaredilməz xidmətləri olduğunu vurğulamışdır. H.Qaraşov Ulu öndərin “istənilən ölkənin gələcək inkişafı məhz onun gənclərindən asılıdır, bu baxımdan gənclərin inkişafı daim dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir” fikrini xatırladaraq, gələcək nəsillərin savadlı formalaşmasında, təhsilin rolunun danılmaz olduğunu söyləmişdir. O, həmçinin vurğulamışdır ki, bizlər də ulu öndərin ideologiyalarının daşıyıcıları kimi mütəmadi olaraq gənclərimizin təhsil səviyyəsinin yüksəldilməsinə çalışmalı və buna öz töhvəmizi verməliyik. 

O, eyni zamanda bildirdi ki,  “Sovet dönəmindən qalmış inzibati amirlik idarə üsulunun yeni sərbəst rəqabət münasibətləri ilə əvəzlənməsi sahəsində köklü dəyişikliklərin və bazar iqtisadi sistemini formalaşdırmaq istiqamətində məqsədyönlü siyasət aparılmasının əsası məhz Heydər Əliyevin rəhbərlik etdiyi illərdə qoyuldu. İlk növbədə, dövlət müstəqilliyimizin dayanıqlığına nail olmaq üçün ölkə daxilində siyasi sabitliyin bərqərar olması təmin edildi,  taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı və həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilərək, Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə çevrildi.”

H.Qaraşov daha sonra ulu öndərin laiqli davamçısı Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev cənablarının düşünülmüş və məqsədyönlü, müasir meyarlara uyğun idarəçilik prinsiplərindən söz açdı. O, qeyd etdi ki, “Azərbaycan Respublikasının Prezidenti öz Sərəncamı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə tapşırıq vermişdir. Belə bir konsepsiyanın hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Təkcə onu demək kifayətdir ki, hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin. Hal-hazırda qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası, bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin şahidiyik. Son illərdə Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla, regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir.

Xüsusən qeyd olunmalıdır ki, bu illərdə Azərbaycanda sosial problemlərin səmərəli həllində böyük irəliləyişə nail olunmuş, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulmuşdur. Təhsilin məzmunca yenilənməsi istiqamətində islahatlar aparılmış, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bununla bərabər, “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində gənclərimiz xaricdə təhsil almağa göndərilmişdir. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində mümkün olmuşdur”.

            Çıxışının sonunda H.Qaraşov xüsusilə vurğulamışdır ki, bu gün müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə çalışan  çox istedadlı və geniş dünya görüşünə malik gənclərimiz var. Mən inanıram ki, dünya arenasında ölkəmizin nüfuzunun günü-gündən artması üçün siz gənclər əlinizdən gələni əsirgəməyəcəksiniz.

Plenar iclasda növbəti məruzələr dinlənildi. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Ümumi humanitar və sosial fənlər” kafedrasının müdiri Rafiq Zeynalov “Azərbaycan: reallıq və ümidlər”, AƏSMA-nın III kurs tələbəsi Məmmədzadə Mahmud “Yüksək rəqabət qabiliyyətli iqtisadiyyata doğru inkişaf” AƏSMA-nın III kurs tələbəsi Camalzadə Nigar isə “İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması” adlı məruzəsini konfrans iştirakçılarına təqdim etdilər.

           Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirmişdir. Burada iştirak edən tələbələr iştirakçıların marağına səbəb olan müxtəlif məruzələrlə çıxış etmişlər. Ümummilli liderimizin ölkəmizin tərəqqisi uğrunda səmərəli fəaliyyətinə həsr edilmiş bir çox məruzə dinlənildikdən sonra, onlar H.Əliyev ideyalarının layiqli davamçıları olacağlarını bildirərək, onun bu fəaliyyətinin gənclər üçün vətənpərvərlik örnəyi olduğunu qeyd etdilər.

Konfransın sonunda isə rektor H.Qaraşov “XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən informasiya və kommunikasiya texnologiyaları və qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Hazırkı mərhələdə siz tələbələrin qarşısında duran əsas vəzifə, mövcud imkan və resursları nəzərə almaqla, ölkəmizin sürətli inkişafına nail olmaqdan ibarət olmalıdır.

Mən, ayrıca konfransda iştirak edən bütün ali təhsil müəssisələrinin nümayəndələrinə təşəkkür edir və tədbirin uğurlu təşkil edilməsinə zəhməti keçən təşkilatçıları təbrik edirəm.”

Konfrans müxtəlif bölmələr üzrə işini yekunlaşdıqdan sonra, dinlənilən məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək, hər  üç bölmə üzrə ən yaxşı üç məruzəçi mükafatlandırıldı və diplomlarla təltif olundu.

 

                                                       

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM