Bakı Metropoliteninin "Ulduz" stansiyasında tüstülənmə ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə “Trend”ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, sərnişin maşinistə "Ulduz" stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib: "Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb".
N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur: "7 saylı qatar hərəkətini davam etdirir".