Qalmaqallı Hollivud ulduzu Lindsi Lohan sosial şəbəkədəki şəxsi səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkilmiş fotosunu paylaşıb.
Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, foto Türkiyə liderinin Ankaradakı iqamətgahında çəkilib.
Fotoda prezidentdən başqa, onun xanımı Əminə Ərdoğan və Suriyanın Hələb şəhərindən olan 7 yaşlı qız da var.
Agentliyin məlumatına görə, aktrisa Ərdoğanla görüşündə Türkiyə dövlətinin Suriya münaqişəsi zamanı qaçqınlara yardım etməsini çox yüksək qiymətləndirib.
Daha əvvəl Lohanın Türkiyənin cənub şərqində yerləşən qaçqın düşərgəsinə baş çəkdiyi bildirilirdi.