Gəncənin Kəpəz rayonunda mənzildə 3 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olan kimi, qurumun Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər.
FHN-in saytı bildirir ki, əməliyyat saat 22:54-də başa çatıb.