Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ər-arvad arasında, eyni zamanda ailə üzvləri tərəfindən bir-birinə qarşı fiziki zorakılığın törədilməsinin ağırlaşdırıcı hal kimi qəbul edilməsini təklif edir.
Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, Azərbaycanda fiziki zorakılığa görə cinayət məsuliyyəti müəyyənləşdirilməli, ər-arvad və digər ailə üzvləri arasında arasında fiziki zorakılığın törədilməsi ağırlaşdırıcı hal kimi qəbul edilməlidir.
Onun sözlərinə görə, Cinayət Məcəlləsində psixoloji, mənəvi və iqtisadi xarakterli zorakılığa görə məsuliyyətlər olsa da, ailə münaqişələri zamanı fiziki zorakılığa görə məsuliyyətə cəlb edilmə ilə bağlı xüsusi maddə yoxdur.
E.Səfərov əlavə edib ki, fiziki zorakılıqla bağlı ümumi normalar tətbiq edilir və fiziki zorakılıqla bağlı məsələlər ümimi normalar əsasında tənzimlənir. Ona görə də Cinayət Məcəlləsinə fiziki zorakılıqla bağlı müddəanın da əlavə edilməsinə və fiziki zorakılığın törədilməsinin ağırlaşdırıcı hal kimi qəbul edilməsinə ehtiyac var: "Məsələn, döymə faktı İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Ancaq döymə fiziki zorakılıq növü kimi ailə üzvləri tərəfindən bir-birinə qarşı edilirsə, onu edənə qarşı ağırlaşdırıcı hal tətbiq edilməlidir. Əgər uşaq ata tərəfindən döyülürsə, o, həmin ata ilə birgə necə yaşaya bilər?! Belə uşaq üçün həm zədələnir, həm də psixoloji gərginlik keçirir. Ağırlaşdırıcı hal isə ona görə olmalıdır ki, gələcəkdə ailədə belə hallar təkrarlanmasın”.
E.Səfərov qeyd edib ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, 2015-ci ildə ölkə üzrə ailə münaqişəsi zəminində 931 cinayət faktı qeydə alınıb. Onlardan 867-si qadınlara qarşı törədilib. Ailə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 754 qadın, 3 nəfər yetkinlik yaşına çatmayan uşaq xəsarət alıb, 32 qadın, 1 yetkinlik yaşına çatmayan uşaq ölüb. 2016-cı ilin 1-ci yarısında isə məişət zorakılığı, ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı 403 fakt qeydə alınıb. Həmin dövrdə ailə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində ölən qadınların sayı 2, xəsarət alan qadınların sayı 396 olub. Ümumilikdə isə qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı 2015-ci ildə 2248, 2016-cı ilin I yarısında 1178 olub.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM