Bakıda keçmiş polis əməkdaşı eyvandan sürüşərək yıxılıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Tural Qasımov sərxoş vəziyyətdə eyvana çıxıb. Eyvanın döşəməsi buz bağladığından o, sürüşüb və binanın ikinci mərtəbəsindən yerə yıxılıb.
T.Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, T.Qasımov əvvəllər Sabunçu Rayon Polis İdarəsində polis serjantı vəzifəsində çalışıb.