Orta ixtisas təhsili ilə bağlı YENİLİKLƏR AÇIQLANDI

12:32 / 02.02.2017

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) qəbul olunan və birinci tədris ilindən xaric edilən tələbələr yalnız öz ixtisası üzrə əvvəl təhsil aldığı orta ixtisas təhsili müəssisinə ödənişli əsaslarla bərpa oluna biləcək.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov  Lent.az-a açıqlamasında deyib ki, bu təhsil naziri Mikayıl Cabbarov tərəfindən “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” təsdiqlənmiş  müvəqqəti Qaydalarda öz əksini tapıb.

S.Gözəlov bildirib ki, belə ki, “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsi” 1996-cı ildə  Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalarla müəyyənləşdirilirdi.  Artıq orta ixtisas təhsili müəssisələrində tədrisin kredit sistemi ilə təşkilindən dolayı 2013-cü ildə Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiq olunub. Yəni orta ixtisas təhsili müəssisələrində tədris artıq təhsil kredit sistemi ilə təşkil olunur. Kredit sistemi ilə tədrisin təşkili və 1996-cı ildə təsdiq olunmuş qaydalar arasında müəyyən qədər uyğunsuzluq var idi.  Belə ki, 1996-cı ildə təsdiq edilmiş köhnə qaydalarda IX illikdən ( ümumtəhsil  bazası)  kolleclərə qəbul olunan tələbə birinci tədris ilində kollecdən xaric olunurdusa, onun bərpa olunma hüququ yox idi. Bu qaydalar da yumşaldılıb”.

Əvvəla orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən digərinə  köçürülməsi və ya ixtisasının dəyişdirilməsi ölkə daxilindəki təhsil müəssisələri üçün mümkün olduğu hallara da toxunan S.Gözəlov bildirib ki, yeni qaydalara əsasən tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən ( keçmiş TQDK) keçirilmiş imtahanlarda topladığı bal köçürülmək istədiyi kollecdəki ixtisas üzrə qəbul ilində minimal keçid balından çox olmalıdır: “ Yəni ali təhsil müəssisələrində qoyulan şərt burda da nəzərdə tutulub.

Bundan başqa bu prosesdə tələbənin təhsil aldığı ildə akademik göstəriciləri də nəzərə alınacaq. Üçüncü vacib tələb isə odur ki, tələbə orta ixtisas təhsili müəssisəsində heç olmasa bir semestr təhsil almalıdır. Bir semestr təhsil aldıqdan sonra digər istədiyi kollecə köçürülə ya  ixtisasını dəyişdirə bilər”. 

S.Gözəlov qeyd edib ki, yeni qaydalarla daimi yaşadığı ərazidə yerləşən kollecə köçürülmək istəyən tələbələr üçün də güzəşt müəyyən edilib: “ Belə ki, Təhsil Nazirliyinə tez-tez daimi yaşayış qeydiyyatında olduğu ərazidə yerləşən kolleclərə köçürülmə ilə bağlı müraciətlər olurdu. Yeni qaydalarla bu qəbildən olan tələbələrin Dövlət İmtahan Mərkəzi ( DİM) tərəfindən keçirilən imtahanda topladığı balın 1,5 misli köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından çox olmalıdır. Bu, imkan verir ki, həmin tələbə yaşadığı ərazidəki kollecə köçmək imkanı əldə etsin. Bu, tələbələr üçün sosial baxımdan üstünlük  verən amillərdən biridir”. 

S.Gözəlov əlavə edib ki, xaricdən Azərbaycanda yerləşən kolleclərə köçürülən tələbələrlə bağlı iki  variant nəzərdə tutulub: “Xaricdə təhsil aldığı kollecdən ölkəmizdə yerləşən kollecə köçürülmək istəyən tələbə Dövlət İmtahan Mərkəzinin ( DİM)  keçirdiyi dövlət imtahanında iştirak edibsə, DİM imtahanın nəticələri nəzərə alınaraq köçürüləcək.  DİM tərəfindən keçirilən imtahanda iştirak etməyibsə, bu halda onun təhsil aldığı kollecin həmin ölkədə akkreditasiya olunmuş olması, tanınması nəzərə alınır.  İkinci variant isə ondan ibarətdir ki,  tələbənin Azərbaycandakı kollecə köçməsi ilə bağlı tutarlı bir səbəbi olmalıdır. Bu onun ailə qurması, ailə vəziyyəti kimi səbəblərlə bağlı ola bilər”. 

Orta ixtisas təhsili müəssisələrinə dair yeni qaydalarla bağlı digər vacib amili vurğulayan S.Gözəlov deyib ki, keçən ildən etibarən təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilirdisə, bu ildən artıq kolleclərdə təhsil alan tələbələrin də köçürülmə və ixtisas dəyişdirməsi Transfer.edu.az  internet portalı vasitəsilə həyata keçiriləcək: “ Bu ildən artıq kolleclərdə təhsil alan tələbələr də Transfer.edu.az saytına müraciət edərək öz istədikləri kolleclərə köçürülə bilərlər”.  


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM