Latviya prezidenti Raymonds Veyonis mart ayında Azərbaycana səfər edəcək.
Latviya prezidentinin ofisindən verilən məlumata görə, dövlət başçısı martın 16-18-də keçiriləcək V Bakı Qlobal Forumunda iştirak edəcək.
Səfər zamanı R.Veyonis həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır. (“Report”)