Lənkəran rayonunda 32 yaşlı qadın intihar edib. Rayonun Osakücə kəndində 1985-ci il təvəllüdlü Həbibova Xalidə Babarza qızı özünü asaraq intihar edib.
Bildirilir ki, X.Həbibova uşaq bağçasında işləyirmiş. 2 uşaq anası olan qadının meyitini həyat yoldaşı aşkarlayıb.
Yaxınlarının sözlərinə görə, X.Həbibova son vaxtlar depessiyada olub. O, bir neçə dəfə həyatdan bezdiyini də dilə gətiribmiş. Qohumları, eləcə də iş yoldaşları onu motivasiya etməyə çalışsa da, faydası olmayıb. (lent.az)