Şəmkirdə döyülmə faktı qeydə alınıb.
Şəmkir şəhər sakini, 1955-ci il təvəllüdlü Həsənov Hidayət Müseyib oğlu sağ gözün zədəsi, kəllə beyin travması və beyin silkələnməsi xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
H. Həsənovun dediyinə görə, o, tanışı tərəfindən toyda döyülüb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.//APA