8-9 fevral 2017-ci il tarixlərində Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində “Evlilik, ailə institutu və bu dəyərlərin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərində qorunmasına həsr olunmuş İƏT-ə üzv dövlətlərin birinci Nazirlər Konfransı keçiriləcəkdir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak edəcəkdir.
Konfranda İslam dəyərləri, İslamda qadın hüquqlarının qorunması, Ərəb, Asiya, Afrika ölkələrində nikah və ailə institutunun üzləşdiyi problemlər və onların həlli müzakirə ediləcək, bu istiqamətlər ətrafında təqdimatlarla çıxışlar ediləcəkdir.
Konfransın yekununda bir sıra mühüm sənədlərin imzalanması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.