"Azərxalça"nın 4 əmlakı özəlləşdirməyə çıxarılır

10:32 / 06.02.2017

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 7-də keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılacaq.

Komitədən Strategiya.az-a verilən məlumata görə, hərraca çıxarılan əmlakların 17-i kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı isə istifadəsiz qeyri-yaşayış sahələridir. Hərraca həmçinin ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı da çıxarılıb. Həmin əmlaklara Hacıqabulda yerləşən “Hacıqabul sahəsinin əmlak kompleksi”, Lerikdə yerləşən “Lerik xalça sexinin əmlak kompleksi” və digərləri daxildir. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına Salyan Kəndkimya, Sabirabad Mexanikləşdirmə, Xəzər Avtonəqliyyat kimi səhmdar cəmiyyətlər daxildir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir.

7 mart tarixində hərraca çıxarılacaq əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir: http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1360. Özəlləşdirilməsi təklif olunan obyektlər barədə daha ətraflı informasiya komitənin informasiya resursu olan (emdk.gov.az) və privatization.az saytında yerləşdirilir. Özəlləşdirmə portalı (privatization.az) sayəsində hərraclarda iştirak maksimum rahat və operativdir.

Portala daxil olmaqla hərraca çıxarılan müəssisə və obyektin start qiyməti, əvvəlcədən ödənilən 10% beh məbləği, obyektin ünvanı, fəaliyyət sahəsi və.s barədə geniş məlumat almaq olar. İstənilən fiziki və hüquqi şəxs vaxt itkisi olmadan, portal üzərindən əmlak haqqında məlumatları oxuyub, şəkillərinə baxdıqdan sonra sifariş verməklə hərraclara qatıla bilər. Portalda həmçinin özəlləşdirmə prosesi və ya hərraclarla bağlı yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə “onlayn məsləhət pəncərəsi ” xidməti də fəaliyyət göstərir. Komitənin rəsmi youtube kanalını (https://goo.gl/OpYdB1) izləməklə keçirilən hərracların video görüntüləri ilə yaxından tanış olmaq olar.

Hərraclarda iştirak etmək üçün portalda (privatization.az) əmlaka sifariş verdikdən sonra müvafiq hərrac komissiyasına sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd; komitə tərəfindən təsdiq edilmiş formada sifariş; komitə tərəfindən müəyyən edilmiş behin hesaba köçürülməsini təsdiq edən sənəd hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim edilməlidir. Qeyd edək ki, hərracda iştirak edən, lakin qalib olmayan şəxs hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edib hərracdan qabaq ödədiyi behi geri ala bilər.

Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər özəlləşməyə çıxarılan əmlakla tanış olmaq üçün ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilər. Ətraflı məlumat almaq üçün 193 saylı çağrı mərkəzi və ya 012 566-07-44 nömrəli telefon ilə əlaqə saxlamaq kifayətdir. Hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlaklarının üstün cəhəti ondan ibarətdir ki, bu əmlaklar mülkiyyət sənədi ( çıxarış ) ilə təmin olunurlar. Bundan əlavə, həmin obyektlər orta və kiçik biznes qurmaq üçün tam əlverişlidir. Ümumiyyətlə, dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi sahibkarlığın inkişafına dəstək verir, bu sahəyə investorların cəlb edilməsinə şərait yaradır. Məhz özəlləşdirmənin əsas məqsədlərindən biri iqtisadiyyata investisiyalar, o cümlədən xarici investorlar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdır. Əmlak Məsələləri Dövlət Komitəsi sosial mediada, televiziya kanallarında hərracların geniş təbliğatını aparır, vətəndaşları, investorları özəlləşdirmə prosesində aktiv olaraq iştirak etməyə və əmlak sahibi olmağa dəvət edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM