“Aqro-Mall” “Farmers Market”lərin əsasında yaradılıb

12:44 / 06.02.2017

Böyük bir məkan təsəvvür edin. Elə bir məkan ki, burada istədiyiniz hər şeyi tapa və ala  biləcəksiniz. İstədiyiniz təamların dadına baxa biləcəyiniz, istədiyiniz yerdə dincələ biləcəyiniz bir yer. Yəqin ki, bir çoxlarınız belə bir məkanın  olmadığını düşünür. Elə biz də elə düşünürdük. Ta ki, yolumuz "Aqro-Mall”dan keçənə qədər. Haqqında bir az eşitsək də, qərara  gəldik ki, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Gedib gördük və gördüklərimizi sizinlə paylaşmaq istədik. 

 

Həm açıq, həm də qapalı fəaliyyət göstərəcək

 

Məkanın qarşısında bizi "AGROMALL Yaşıl bazar 2”-nin nümayəndəsi  Emin Mustafayev qarşıladı. Düzü, bura gəlməzdən əvvəl bu qədər böyük bir məkanı  təsəvvürümüzə gətirməmişdik. Bazarda satışın getdiyini görüb, açılış haqqında da soruşduq. E.Mustafayev  bildirdi ki, "Aqro-Mall”-ın rəsmi açılışı fevral ayının ilk 10 günündə baş tutacaq. Bazara daxil olarkən burada bir çox yerli şirkətlər üçün xüsusi  stendlərin ayrıldığının da şahidi olduq: " Əslində "Aqro-Mall”  adi bazardan bir çox keyfiyyətlərinə görə fərqlənir. Lakin ilk növbədə  onu deməliyəm ki,  bu genişlikdə və bu qədər təmiz ikinci bir bazar yoxdur.  Burada gigiyena və təmizlik qaydalarına çox ciddi nəzarət olunur. Satıcılar üçün vahid uniforma da nəzərdə tutulub ki, bu da bizi digərlərindən fərqləndirən əsas üstünlüklərimizdən biridir.  Həmçinin, müştərilərin rahat hərəkətinin təmin edilməsi üçün xüsusi park yerləri də yaradılıb. Gələn qonaqlarımızın rahatlığını təmin etmək üçün burada ailəvi istirahət üçün  restoranlar da tikilib. Bazar həm açıq, həm də qapalı, yəni həm qışda, həm də yayda fəaliyyət göstərə biləcək. Bir neçə gündür ki, artıq satış başlayıb. Yaxın gələcəkdə  pərakəndə satış üçün nəzərdə tutulan ərazidə yarmarkaların təşkili də planlaşdırılır”.

 

"Bölgələrin pavilyonu”

 

Burada satıcılar üçün də  hər cür şəraitin yaradıldığının şahidi olduq. Diqqət çəkən məqamlardan biri də  "bölgələrin pavilyonu” deyilən  stendlər oldu. Belə ki bu stendlər  bölgələrin məşhur olduğu məhsulların satışı üçün nəzərdə tutulub. Məsələn, cənub bölgəsinin sitrus meyvələri, çay  "Cənub pavilyonu”nda satılacaq. Satıcıların hər biri isə məhz həmin bölgədən olub, o zonanın  ləhcəsində danışacaq. E.Mustafayev bildirdi ki, stendlərdə  bölgələrin adı da qeyd olunacaq. Bazarın ikinci əsas hissəsi olan və üstün cəhətlərindən biri də  meyvə-tərəvəzin saxlanılması üçün nəzərdə tutulan 5 min tonluq soyuducu anbarının olmasıdır. Bu anbarlarda müxtəlif fermerlərin məhsulları saxlanılacaq və qablaşdırılaraq bazara girişi təmin olunacaq.  Nümayəndənin sözlərinə görə, anbar ən son  alman texnologiyası ilə hazırlanıb: "Həmçinin, digər rayonlarımızda,  məsələn, Qubada da belə soyuducu anbarlarımız var. Müəyyən müddətə qədər bu anbarlar fermerlər üçün ödənişsiz olacaq. Qeyd etdiyim kimi, rəsmi açılış fevralın 4-də olacaq. Lakin artıq bir çox yerlər indidən tutulub. İndidən öz  məhsulunu birbaşa burada satmaq istəyən kəndlilər və fermerlər var. Çünki məhsul ikinci və ya üçüncü şəxs tərəfindən alındıqda, bu, kəndliyə sərf etmir. Ona görə də kəndlilər bizimlə əməkdaşlıqda maraqlıdırlar. Onlar bazarın şəraiti ilə tanış olduqdan sonra bizimlə əməkdaşlığa tam ürəklə razılıq  verdilər. Bəzən soyuducu anbarların, satış üçün münbit şəraitin olmaması kəndlinin öz məhsulunu xarici bazara dəyər-dəyməzinə  çıxarmağa məcbur edirdi. Bunun nəticəsində ölkədə  ərzaq qıtlığı  yaranırdı  və qiymətlərin yüksəlməsinə səbəb olurdu.  Bu cür soyuducu anbarlara sahib olan bazarların meydana çıxması, kəndlinin bir başa bazara çıxışını təmin etməklə  yanaşı  ucuzluğa şərait  yaradır və  eyni zamanda yerli tələbatı  ödədikdən sonra əlavə məhsulun xaricə çıxışını təmin edəcək. 

 

İxrac imkanları da genişdir

 

Mərkəzin Marketinq şöbəsinin direktoru  Ruhin Bayramov artıq  "Aqro-Mall”ın saytının da fəaliyyətə başladığını qeyd etdi. O bildirdi ki, mərkəzin sosial şəbəkə hesablarından da məlumat əldə etmək mümkündür: "Öz məhsulumuzun yerli bazarlarda satışını təmin etməyə çalışırıq. Bu, həmçinin xaricdən idxalın da qarşısını almağa köməklik edir. Bir çox bölgələrdən - Tovuz, Gədəbəy, Qusar, Şəki və cənub zonasından olan fermerlər artıq öz məhsullarını bizim bazara çıxarmaq istəyirlər. Adətən, bazarlarda topdansatış üçün yerlər məhdud olduğu üçün fermerlər bundan əziyyət çəkirlər. Bütün bölgələr üzrə fermerlər, onların məhsullarının satışı üçün əlimizdən gələni edirik. Bakı və Bakı ətrafı rayonların təminatını ödəmək və həmçinin, bazarlarda xarici məhsulların satışının qarşısını almaq üçün çalışırıq. Öz məhsulumuzu öz bazarımızda satmaqla həm qiymətlər əlverişli olacaq, həm də keyfiyyətli məhsul əldə olunacaq. Burada  ixrac imkanları da genişdir. Çünki xaricə mal ixrac etmək istəyən fermerlərin ixracat işini təşkil edəcəyik. Fermerlər vasitəmizlə istənilən xarici bazarda öz məhsulunu sata biləcək. Kəndli özünü tanıdana qədər biz onlara şərait yaradacağıq. Çünki fermer də özünə müştəri yığmalıdır. Həmin vaxta qədər hostellər və stendlər onlar üçün ödənişsiz olacaq. Hansı sahədə boşluq olarsa, biz həmin boşluğu doldurmağa çalışacağıq.  

 

Hədəflərdən biri "Ailə brendləri”nin yaradılmasıdır

 

Mərkəzin rəhbəri Həsən Şərifovla söhbətləşdik. O, bizimlə söhbətində bildirdi ki, paytaxtda "Yaşıl bazar” layihəsi Almaniyadakı  müşahidələri və fermerlərlə görüş nəticəsində yarandı: "Belə ki, Almaniyada daha çox iki tip, əsasən, şəhər kənarı və şəhər mərkəzinə yaxın bazarlara  rast gəlinir. Bizim məqsədimiz Almaniyada mövcud olan bu iki bazar tipini bir araya gətirərək, layihəni respublikanın bütün rayonlarında həyata keçirməkdir: "Dövriyyəsi kiçik olan fermerlər market şəbəkəsinə çıxa bilmədikləri üçün məhsullarının keyfiyyətinə və təzəliyinə xeyli diqqət ayırırlar. Çox zaman ailə adı ilə bağlı olan kiçik fermerlərin məhsulları şəhər əhalisi arasında populyarlaşır və həmin məhsullar ailənin brendi olaraq sonradan patentləşdirilir. Ölkəmizdə buna yeganə misal olaraq yalnız İvanovka kəndinin məhsullarını göstərmək olar. Lakin bizdə də "Farmers Marketlər” fəaliyyət göstərərsə, çoxlu sayda belə kiçik fermer təsərrüfatlarının məhsulları brendləşə bilər. Hədəflərimizdən biri isə məhz «Ailə brendləri»nin yaradılmasıdır. Başlıca məqsədimiz şəhər əhalisinin təzə və keyfiyyətli məhsullar almaqla yanaşı, ailəsi ilə bərabər maraqlı vaxt keçirməsini də təmin etməkdir. Təmiz və səliqəli şəkildə fəaliyyət göstərən bu bazara hər kəs öz ailəsi ilə gələrək, müxtəlif növ məhsullarla tanış ola bilər,  keçirilən aksiyalarda iştirak etməklə yanaşı, məhsulların dadına baxmaq imkanı da qazana bilər. Qeyd edim ki, Azərbaycanda ilk dəfə həyata keçirilən bu layihə  əsasən Almaniyanın Ştutqart, Münhen, Drezden kimi şəhərlərində olan "Farmers Market”lərin  əsasında yaradılıb”. 
Sonda mərkəzin rəhbəri burada fermerlər üçün yaradılan şəraitdən də söz açdı: "Məqsədimiz  fermerlərin  kortəbii şəkildə deyil, Avropa standartlarına uyğun şəkildə məhsullarını yetişdirmək, qablaşdırmaq və satış mədəniyyətinə uyğunlaşdırmaqdır. Bəzən fermerlər əkin-biçin işini bilsə də, saxlama, qablaşdırma və satış mərhələlərində müxtəlif çətinliklərlə üzləşirlər. Belə problemlərin aradan qaldırılması üçün bazarda fəaliyyət göstərən məlumat mərkəzinin işçiləri regionlara səfər edərək, yerli fermerlərlə görüşəcək və onlara tövsiyələrini verəcəklər. Bundan sonra fermerlər məhsullarını nəinki daxili bazarda sata biləcək, həmçinin, xarici bazarlara çıxmaq imkanını artıracaq və məhsulların brenləşdirilməsinə də nail olacaqlar. Mərkəzimizdə yerli məhsullarla yanaşı xarici məhsulların da satışı nəzərdə tutulub. Əsasən respublikamızda qıt olan bir sıra məhsulların və subtropik meyvələrin satışı dünya stendində həyata keçiriləcək. Bu məhsulları birbaşa xarici istehsalçılardan almaqla, daxili bazarda satış qiymətlərinin salınmasına və alıcıların da bu bazara rəğbət bəsləməsinə nail olunacaq. Bundan başqa, bazarda meyvə, tərəvəz, quru meyvələr, ət, balıq, və süd məhsullarının satışı həyata keçiriləcək”.


Şəbnəm Mehdizadə


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM