Bizim azərbaycanlılar

08:24 / 07.02.2017

Qədim tarixə və mədəniyyətə malik olan Azərbaycanın hər bir vətəndaşı ölkəmizin keçmişi, bu günü ilə qürur duyduğu, fəxr etdiyi kimi, həm də öz əməlləri ilə dövlətimizi şöhrətləndirməyə, ucaltmağa borcludur. Bu borcu dəyərləndirmədən, azərbaycançılıq ideologiyasının mahiyyətini dərk edib onu əməli fəaliyyətdə - sözdə deyil, işdə doğrultmadan ölkəmizi tanıtdırmaq mümkün deyildir.

Azərbaycanlı olduğu üçün fəxr edən, qürur duyan və bunu bütün dünyaya dönə-dönə bəyan edən ulu öndər Heydər Əliyev məhz öz əməlləri ilə xalqa, dövlətə xidmət etməyi, sədaqətli olmağı insanlara təbliğ edirdi, nümunə göstərirdi, həm də azərbaycançılıq məfkurəsi ətrafında birləşməyin yollarını və əhəmiyyətini onlara izah edib öyrədirdi.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyərkən ümummilli lider yalnız ölkəmizin vətəndaşlarını nəzərdə tutmurdu, o, bütün dünya azərbaycanlılarına çağırış edirdi və dövlətimizin müstəqilliyini, uğurlarımızı hər bir azərbaycanlının birliyində, həmrəyliyində, vətənə sədaqətində görürdü.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası bu gün milyonlarla insanları öz ətrafında səfərbər edən bir qüvvəyə çevrilmişdir. Dünyanın ən ucqar guşələrində yaşayan azərbaycanlılar belə bu ideologiya ətrafında birləşməyə can atırlar. Onlar ölkəmizdə baş verən yeniliklərlə, ictimai-siyasi vəziyyətlə daim maraqlanır, baş verən hadisələrə öz münasibətlərini bildirir, həmrəylik nümayiş etdirirlər.
Dünya azərbaycanlıları ilə əlaqələr ildən-ilə möhkəmlənir, diaspor təşkilatları formalaşır, fəaliyyətləri genişlənir və daha böyük əraziləri əhatə edirlər. Dünya azərbaycanlılarının IV qurultayında bu təşkilatlanmaya yüksək qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.”
Xaricdə yaşayan azərbaycanlıların sayının on milyonlarla olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, onların birliyi, əlaqələrinin möhkəmlənməsi, təşkilatlanması, “öz tarixi vətənləri ilə əlaqələrini kəsməmələri, Azərbaycanla bağlı olmaları, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaları ölkəmiz və xalqımızla bərabər, onların özləri üçün də faydalı və gərəklidir.
Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bizim üçün əziz və doğmadır. Onların yaşadıqları ölkənin ictimai-siyasi, mədəni həyatındakı fəaliyyəti, əldə etdikləri nailiyyətlər Azərbaycan xalqının adına hörmətdir və bu, hər birimizi sevindirir.
Biz xaricdə yaşayan həmvətənlərimizin yaxşı işləri ilə fəxr etdiyimiz, öyündüyümüz kimi, onlar da Azərbaycanın inkişafından, insanlarımızın birliyindən qürur duyur, sevincimizə şad olur. Dağlıq Qarabağın işğaldan azad edilməsi, torpaqlarımızın azğın erməni təcavüzkarlarından təmizlənməsi, qaçqın və məcburi köçkünlərin həyatı dünya azərbaycanlılarını düşündürən ən başlıca məsələdir. Biz xarici ölkələrdə səfərdə olduğumuz vaxtlarda, eləcə də mətbuatda, informasiya vasitələrində bunun daimi şahidi olur, onların dilindən eşidirik. Dünya azərbaycanlıları işğal altında olan torpaqlarımızın düşməndən təmizlənməsi üçün hər an silaha sarılmağa, döyüşə atılmağa hazır olduqlarını bəyan edir və qələbə qazanacağımız günü səbirsizliklə gözləyirlər.
Keçən ilin aprel ayının əvvəllərində Azərbaycan ordusunun düşmənə vurduğu ağır zərbələr və cəbhə xəttində qazanılan uğurlar zamanı xaricdə yaşayan azərbaycanlıların ordumuza, əsgər və zabitlərimizə verdiyi dəstək bunu bir daha göstərdi.
Azərbaycan diaspor təşkilatları ildən-ilə formalaşır, həmvətənlərimiz xarici ölkələrdə daha böyük nüfuz və hörmətə malik olurlar. Türkiyənin, Rusiyanın, Macarıstanın, Ukraynanın, Qazaxıstanın, Belarusun, Sloveniyanın və bir çox ölkələrin rəhbərlərinin, ictimai-siyasi xadimlərinin, elm adamlarının dilindən azərbaycanlılar haqqında - onların mərdliyi, qonaqpərvərliyi, səxavəti barədə eşitdiklərimiz bizi sevindirməyə bilməz. Mən dəfələrlə bunun şahidi olmuşam və qürur hissi keçirmişəm...
2003-cü ildə Ukrayna Respublikasında rəsmi səfərdə olarkən ölkənin o vaxtkı prezidenti Leonid Kuçma ilə görüşdüyümüz zaman onun ölkədə yaşayan azərbaycanlılar haqqında dediyi xoş sözlər, dəfələrlə “Bizim azərbaycanlılar, bizim azərbaycanlılar” ifadələrini səsləndirməsi, soydaşlarımızın fəaliyyətinə yüksək qiymət verməsi və Ukrayna azərbaycanlılarının işləri ilə tanışlıq bir daha göstərdi ki, bu sözlər ürəkdən gəlir, qarşılıqlı münasibətlərin, fərəhli nəticələrin ifadəsidir.
Yaxşı haldır ki, bu ənənələr uğurla davam etdirilir və azərbaycanlılar Ukrayna Respublikasında böyük hörmət sahibidirlər.
Onlardan biri Ukrayna Milli Avrasiya Universitetinin professoru, hüquq elmləri doktoru, akademik Arif Cəmil oğlu Quliyevdir. Əslən Bərdə rayonundan olan Arif Quliyev elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə tanınan, dost ölkədə azərbaycançılığı, tariximizi, mədəniyyətimizi, elmimizi, inkişafımızı təbliğ edən, tanıdan, öz sanballı əsərləri, məqalələri, şərhləri, mülahizələri ilə seçilən, çoxlarına nümunə göstərilən bir insandır.
Sadəliyi, səmimiyyəti, elmi ilə tanınan alimin əsərlərini oxuyan, söhbətlərinə qulaq asan hər bir kəs onun qəlbindən keçənləri - Azərbaycanın çiçəklənməsi, xalqımızın xoşbəxtliyi, torpaqlarımızın azğın düşməndən təmizlənməsi arzularını, 20 Yanvar, Xocalı soyqırımı ağrılarını, qaçqın və köçkünlərimizin taleyini duya və bu hisslərlə yaşaya bilər.
Arif müəllim nəinki yaşadığı respublikada, səfər etdiyi hər bir ölkədə azərbaycançılıq ideologiyasını təbliğ edən, xalqımızın milli-mənəvi dəyərlərini elmi dəlillərlə, əyani faktlarla insanlara çatdıran, xarici vətəndaşlarda ölkəmizə maraq və məhəbbət oyadan bir ziyalıdır, azərbaycanlıdır.
İki elmi şuranın, dörd elmi jurnalın redaksiya heyətinin, Azərbaycan, Ukrayna Jurnalistlər Birliyinin üzvü olan Arif Quliyev qələmə aldığı bütün mövzulara, oxuduğu mühazirələrə, etdiyi çıxışlara azərbaycançılıq mövqeyindən yanaşır, “azərbaycançılıq ideologiyası hər birimizin bayrağı olmalıdır” inamı ilə çalışır.
Diplomatiyaya aid üç dərsliyin, dörd monoqrafiyanın, “Azərbaycan-Ukrayna əlaqələri” adlı çox sanballı iki kitabın, yüzlərlə məqalənin müəllifi olan alim həm də Ukrayna alimlərinin elmi şurasının sədri kimi çalışdığı ölkədə gənc alimlərin, ziyalı təbəqəsinin formalaşması üçün ciddi səylər göstərir. Şuranın ətrafında birləşən 70-ə yaxın alim Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, iki dost respublikanın münasibətlərinin daha da yaxşılaşmasında böyük rol oynayırlar.
Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmlənməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilən Arif Quliyevin işi nə qədər gərgin, çox olsa da xalqa, vətənə tükənməz məhəbbəti onu yorulmağa qoymur, əlini işdən soyutmur, əksinə, Azərbaycanın, azərbaycanlıların nailiyyətləri, xoş sədaları onu daha həvəslə işləməyə ruhlandırır.
Vəzifəsindən, peşəsindən, mövqeyindən asılı olmayaraq xaricdə yaşayan hər bir azərbaycanlının taleyi öz taleyimizdir. Onların sevinci sevincimiz, kədəri kədərimizdir. Qarşı tərəfin əksəriyyəti də belə düşünür. Hansı səbəbdənsə, oxumaq, yaşamaq, işləmək üçün xaricə gedənlərə qayğımız, diqqətimiz özümüzə qayğı-diqqətimizdir. Çünki canı canımızdan, qanı qanımızdan olan bu insanlar xaricdə xalqımızı təmsil edirlər, Azərbaycan adlı bir ölkənin adı ilə cağrılırlar. Onların yaxşısı da, pisi də bizimdir. Yaxşıları tanıtdırmaq, nöqsanı olanı düz yola dəvət etmək, səhvini başa salmaq, çətinə düşəndə qolundan yapışmaq hər birimizin borcudur.
Sevindirici haldır ki, xaricdə elmli, bacarıqlı, vətənpərvər azərbaycanlıların sayı çoxdur və onların sırası gündən-günə artıb möhkəmlənir. Bu, bir həqiqətdir ki, dövlətin qayğısı, insanların özlərinin təşəbbüsü və birliyi sayəsində xaricdə yaşayan azərbaycanlılar yaxşı təşkilatlanıblar, reallıqları qiymətləndirməyi, hadisələri düzgün təhlil etməyi, ağı qaradan hərtərəfli seçməyi bacarırlar. Onlar vətənimizin, xalqımızın taleyi ilə ciddi maraqlanır, baş verən hadisələrə daha həssas yanaşırlar.
Bu yaxınlarda Cənubu Afrika Respublikasına səfərimiz zamanı bu uzaq ölkədə yaşayan azərbaycanlıların - onlardan biri Qurban Zeynalovun söhbətlərindən bunu bir daha hiss etdim. Qurban gənc olsa da savadlıdır, bir neçə xarici dil bilir, yerli əhali ilə qaynayıb-qarışıb, yaxşı hörmət qazanıb.
Bu ölkədə azərbaycanlıların sayı çox az olsa da, onlar həmrəydirlər, bir-birləri ilə sıx əlaqə saxlayırlar, yeri gəldikcə adət-ənənələrimizi təbliğ edirlər. Qurban mədəndə vəzifə daşımasına, işinin çox olmasına baxmayaraq səfər etdiyimizi öyrənib bizimlə görüşdü və söhbət zamanı yaşadığı ölkənin iqtisadiyyatı, mədəniyyəti, tarixi ilə bərabər, Azərbaycanda baş verən yeniliklər, inkişaf haqqında elə həvəslə, özü də tutarlı faktlarla danışdı ki, təəccübümüzü gizlədə bilmədik. Öyrəndik ki, doğulduğu Zaqatala rayonu, dostları ilə müntəzəm əlaqə saxlayır, yeniliklərlə maraqlanır və yığışıb bu məsələləri tez-tez müzakirə edirlər.
Bu günlərdə dostlarım mənə Tatarıstan Respublikasında yaşayan azərbaycanlılar - “Odlar yurdu” qəzetinin redaktoru Vasif Abdullayev, Buluqma şəhər dumasının deputatı Eyyub Umudov, vəkil Azər Rəfiyev, həkim Nurəddin Axundov, Özbəkistanda yaşayan hüquqşünas, “Şöhrət” ordenli Əli Nəsirli, Almaniyada yaşayan Araz Paşayev və bir çoxları haqqında elə xoş sözlər söylədilər ki, urəyim dağa döndü. Belə insanların sayı isə minlərlədir və onların hər biri ilə fəxr etməyə dəyər.
Biz azərbaycanlıyıq. Bu adın keçmişini qorumaq, bu gününü şərəfləndirmək, qürurla yaşatmaq bizim əməlimizin qayəsi, ürəyimizin istəyi olmalıdır. Yaşadığımız hər bir ölkədə, işlədiyimiz hər bir sahədə Azərbaycanın adını uca tutmalı, azərbaycançılıq ideologiyası ətrafında birləşməli, özümüzü dünyaya yeni, mütərəqqi baxışlarda təqdim etməliyik. Bu, ölkəmizin inkişafı, xalqımızın gələcəyi, hər birimizin həyatı, firavanlığı üçün çox vacibdir.
Arzumuz da budur ki, xalqların və insanların dilindən hər birimizdə qürur doğuran, hörmət və etiram ifadəsi olan “Bizim azərbaycanlılar” kəlmələrini tez-tez eşidək, xaricdə olan qardaş və bacılarımızın yeni-yeni uğurlarının, qələbələrinin şahidi olaq.

Tahir RZAYEV,
Milli Məclisin deputatı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM