Mətbuat Şurasının sədri yazdı: Böyüklükdən istiliyə…

15:51 / 07.02.2017

«İstipress.com» saytına daxil oldum. Məni “Azərbaycanda böyük qırğın başladı” sərlövhəsi qarşıladı. Altsərlövhə daha dəhşətli idi: “Əli baltalı adamlar ölüm-dirim savaşına qalxdılar”.

 

Narahat olmayın, söhbət beyninizdə canlandırdığınız qırğından getmir. Vətənini sevən insanların bir yerə toplaşaraq yaratdıqları iddia olunan saytdakı başlıq və başlıq altı sadəcə IP toplamağa xidmət edir. Materialı nəzərdən keçirərkən görəcəksiniz ki, məsələ qazın qiymətinin qalxması ilə bağlı yaranan problemlərlə əlaqədardır. Təbii, kommunal xidmətlərdəki qiymət artımının əhaliyə mənfi təsiri varsa, mövzu qabardılmalıdır. Amma təsəvvür edək ki, qiymət artımınının həyatına neqativ təsirlərini düşünən vətəndaş əli baltalı adamların ölüm-dirim savaşına başladıqlarını da oxuyur. Sonrası isə məlumdur… Yəqin bu sayaq sərlövhə seçimi əsl jurnalistikadır. (?) Vətəni sevmək belə olurmuş! Dövlətə sədaqət və ehtiram da belə olurmuş! Yaxşı, bunları bir kənara qoyuram, bəlkə jurnalist peşəkarlığı saytı oxuyan Vətən övladını həyəcan içərisində saxlayacaq qədər mazoxist təbiətlidir? Yəqin jurnalist peşəkarlığı Azərbaycanı böyük qırğın şəraitində təqdim edəcək qədər loyal mahiyyət daşıyan anlayışdır, biz bilmirik! (?)

 

Nə isə «istipress.com» saytına başqa səbəbə görə daxil olmuşdum. Hörmətli Sevda Həsənovanın saytda hansı vəzifə tutduğunu müəyyənləşdirmək istəyirdim. Nə qədər olmasa, bu xanım jurnalist məni tənqid edib, bir qədər də irəli gedərək təhqir elementlərinə baş vurub, müəyyən ştrixlərlə guya keçmişimi şübhələndirmək yolu tutub, hətta hədə-qorxu da gəlib. Səbəb budur ki, mən mediaya açıqlamamda “istiprees.com” saytını və ona istinad edənləri “düşmən dəyirmanına su tökməkdə” qınamışam. Hər halda facebook səhifəmə püskürdüyü hiddət vulkanının yalnız bu ifadədən qaynaqlandığını hiss etdim. Ola bilər ki, Sevda xanım lupa ilə yalnız dəyirman və su sözlərini axtarıb, başqa məqamlara diqqət yetirməyib. Başa düşürəm, o, hər şeyi bilir, illərini jurnalistikaya sərf edib, Böyük təxəllüsü qazanıb. Ürəyi yerinə gəlsin deyə məni aşağılayan statusuna şərhlərin birini də oxuyum: «Əhsən sənə Seva! Doğrudan da Böyük Sevasan!». Böyük bildiyim insanların böyük həqiqətləri öz iddialarına qurban vermələrini az görməmişəm. Təbii ki, seçim onlarindir. Hormətlə yanaşmışam, amma təəssüflənmişəm. Bir daha təəssüfləndim…

 

Xanım Həsənovanın «istipress.com»da hansı vəzifə tutduğunu müəyyənləşdirə bilmədim. Ümumiyyətlə, saytla əlaqə adlı nə isə yoxdur. Təsəvvür edin ki, ermənilərin hərbi əsir kimi təqdim etdikləri Elnur Hüseynzadənin anası sayta zəng edir. «Ay bala, sizə açıqlamanı əsəbi halda vermişəm, istəməzdim belə olsun, xahiş edirəm, ona düzəliş edin»,- demək istəyir. Belə vəziyyət yaransa, ana nəinki Seva xanımın, heç sıravi əməkdaşın da telefon nömrəsini tapa bilməyəcək. Deməli, peşəkarlıq isti yox, ciddi olmaqdır. İki kiçik müşahidəm nəticəsində nə peşəkarlıq, nə də ciddilik gördüm.

 

Azərbaycanda söz azadlığı var və bu azadlıq hamı üçündür. Mən dediklərimə cavabdehəm. Yenə də o fikirdəyəm ki, jurnalist həssas olmalıdır. Müharibə şəraitində yaşayan ölkənin jurnalisti daha həssas olmalıdır. Həssas olmaq heç də o demək deyil ki, nəyisə demək, diqqətə çatdırmaq olmaz. Ümumiyyətlə, demokratik dövlət quruculuğu üçün olmazların olmaması qənaətindəyəm. Nə də düşünmürəm ki, kimlərsə, o cümlədən jurnalistlər «olmaz» immuniteti formalaşdıraraq özlərini çərçivəyə salmalıdırlar. «Olmaz» jurnalistin həm mənəvi, həm də psixoloji durumunun ona lazım olan anda diqtə etdiyi fərdi səciyyə daşıyan davranışdır. Yerində gəlinən nəticədirsə, peşəkarlıqdır, əks halda əcaib bir şeydir. Ümumən ölkəmizdə media təmsilçiləri çox sərbəst şəkildə fəaliyyət göstərirlər. Yəni Sevda xanımın Əflatun Amaşovun timsalında böyük hərflərlə «olmaz» deyən adam axtarışı məntiqsizdir.

 

Əlbəttə, bu ölkədə işində həssas olmalı təbəqə təkcə jurnalistlər deyil. Sevda xanım çox güman xəbərsizdir, amma Mətbuat Şurasının sədri kimi dövlət qurumlarının cəmiyyətə informasiya verilməsinə məsul struktur bölmələrinin çevik fəaliyyət göstərməsinin vacibliyini hər zaman bildirmişəm. Bu mövzuda çoxlu sayda müzakirələrimiz, tədbirlərimiz, görüşlərimiz olub. Dəfələrlə vurğulanıb ki, Milli Ordumuz, o cümlədən cəbhə xətti ilə bağlı hər hansı informasiyalar yayılarkən, materiallar hazırlanarkən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinad mütləqdir, məhz bu qurumla dəqiqləşdirmələr aparılmalıdır. Əlbəttə, Sevda xanım «istipress.com»un bu istiqamətdə cəhdlər göstərdiyini deyə bilər. Bəlkə də müəyyən mənada haqlıdır. Amma onun timsalında bir saytın haqlı olaraq yol verdiyi hərəkət ortaya haqsız mənzərə çıxartdı. Mən açıqlamamda bu mənzərəni erməni saytlarında izlədiyimi diqqətə çatdırdım, təəssüfümü bildirdim. İllərin peşəkarı Böyük Sevanın çalışdığı saytda lap hesab edək ki, həqiqət axtarışı üçün hazırlanmış video-görüntü Ermənistanın informasiya vasitələrində Azərbaycanın kiçik obrazını yaratmaq naminə yayımlandı. Belə «peşəkarlıq» bizə lazım idimi? Bu, yekun nəticədə düşmən dəyirmanına su tökmək olmadı, bəs nə oldu?

 

Sonda onu da deyim ki, Azərbaycan vətəndaşını - Elnurunu da, Dilqəmini də, Şahbazını və digərini Əflatundan və Sevdadan, yaxud qeyrisindən daha çox qoruyan, onun qayğısına qalan qüvvə Azərbaycan dövlətidir. Və dövlətə sədaqət heç də vaxtilə göstərdiyi xidmətlərə arxayınlaşaraq, hansısa əlahiddə status daşıdığını düşünərək hərəkət etmək deyildir. Dövlətə sədaqət həmçinin onun bu gün nə istədiyini nəzərə alaraq fəaliyyət göstərməkdir. Müxtəlif paralellər aparmaq, müəyyən populist tonlara baş vurmaq, hansısa formada yağdırdığı hiddət və qəzəbdə yaradıcılıq zəngulələri vurmaq, nələrisə guya şübhələndirmək, çox güman kimlərinsə şəxsimə ünvanlanmış təhqiramiz şərhlərindən feyziyyab olmaq, sürəkli facebook alqışları qazanmaq -  bu günün Sevası böyüklüyünü belə saxlayırsa, rahatlıq tapırsa, ona Uca Tanrıdan kömək diləməkdən başqa əlimdən nə isə gəlməz. Sadəcə onu bildirim ki, bu ölkədə kimin kim olduğu, haradan gəldiyi, necə həyat yaşadığı hər kəsə gün kimi aydındır. Buna görə də mən çox rahatam.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM