Bu gün Azərbaycanın bütün vətəndaşlarının diqqəti Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə yönəlib. Burada 24 ildir iflic olan həyat sözün əsl mənasında qaynamağa başlayıb.
Erməni işğalçılarının tar-mar etdiyi Cocuq Mərcanlı kəndinin köçkün həyatı yaşayan sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımızın, o cümlədən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması və Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında 2017-ci il 24 yanvar tarixli Sərəncamı təkcə çocuq mərcanlılılarda deyil, bütün məcburi köçkünlərdə öz ata-baba yurdlarına dönəcəklərinə ümid və inam hissini gücləndirib. Artıq hamı bu fikirdədir ki, Cocuq Mərcanlının bərpası Qarabağa böyük qayıdışın başlanğıcıdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Cocuq Mərcanlı kəndinə səfər edən media nümayəndələrinə müsahibəsində deyib ki, kənddəki dağıntılar Ermənistan tərəfinin Azərbaycana qarşı yürütdüyü vandalizm siyasətindən xəbər verir. Bu gün dövlətimizin başçısının siyasi iradəsi nəticəsində Cocuq Mərcanlı kəndində kompleks bərpa tədbirləri həyata keçirilir, məcburi köçkünlərin işğaldan azad olunmuş əraziyə təhlükəsiz şəraitdə geri qayıtması təmin olunur.
İki yüzdən çox ailə öz doğma kəndlərinə qayıtmaq üçün müraciət edib
Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlının bərpasına 4 milyon manat vəsait ayrılıb. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150-200 evin tikintisi və bərpası nəzərdə tutulur. Hazırda kənddəki bütün evlərin bərpası üçün sənədləşdirilmə işləri aparılır. 200-dən çox ailə öz doğma kəndlərinə qayıtmaq üçün müraciət edib.
İlkin olaraq 100 min kvadratmetr ərazi mina və
partlamamış hərbi sursatlardan təmizlənir
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cocuq Mərcanlı kəndi mina və partlamamış hərbi sursatlardan təmizlənir. ANAMA-nın Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirib ki, kənddə ilkin kəşfiyyat işləri aparılıb, əsas gediş-gəliş yerləri yoxlanılıb. İlkin olaraq 100 min kvadratmetr ərazidə 50 evin tikintisi üçün təmizləmə işləri görülür. Yaxın bir ay ərzində bu torpaqlar yeni yaşayış məkanlarının salınması üçün hazır vəziyyətə gətiriləcək. Eyni zamanda 240 hektar ərazi əkin-biçin işləri üçün təmizlənəcək.
Cocuq Mərcanlı sakinləri kəndlərinə qayıdacaqları
günü səbirsizliklə gözləyirlər
Prezident İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı kənd sakinlərinin böyük sevincinə səbəb olub. Onlar dövlətimizin başçısının bu qərarını işğal altındakı torpaqlarımıza qayıdışın başlanğıcı kimi dəyərləndirir və doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirirlər.
Kənd sakini Atakişiyev Atakişi deyib: “Doğma yurdumuzdan məkanca ayrı düşsək də, qəlbən heç vaxt ayrılmamışıq. Dövlətimizin başçısı tərəfindən imzalanan Sərəncam bütün kənd sakinlərinə böyük sevinc bəxş edib. Bu, həm də işğal altında olan digər torpaqlarımızın azad olunacağına inamı artırır”.
Kəndin digər sakini Mətləb Həziyev Qarabağ müharibəsi veteranıdır. O, 1994-cü ilin yanvarında Cocuq Mərcanlı kəndinin də işğaldan azad edildiyi uğurlu Horadiz əməliyyatının iştirakçısı olub. Deyir ki, doğma torpağın yerini heç nə verə bilməz. Biz çox sevinirik ki, kəndimiz bərpa olunur. Yenidən doğma kəndimizdə yaşayacağıq.
Xarici KİV nümayəndələri Cocuq Mərcanlı kəndinin ermənilər
tərəfindən tamamilə dağıdılmasının şahidi olublar
Cocuq Mərcanlıya səfər edən xarici KİV nümayəndələri kəndin ermənilər tərəfindən tamamilə dağıdıldığının və viran edildiyinin şahidi olublar. Media nümayəndələri, həmçinin bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşərək söhbət ediblər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndi haqqında ətraflı məlumat verib. Bildirib ki, işğala qədər kənddə 283 ev, orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi, poçt, un dəyirmanı, qaramal və qoyunçuluq fermaları var idi. Kəndin əhalisi əsasən üzümçülük, baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olub. İşğal zamanı erməni vandalları tərəfindən kənddəki bütün infrastruktur məhv edilib. Hazırda kəndin 1428 sakini respublikanın 17 şəhər və rayonunda məskunlaşıb.
TRT telekanalının Bakı təmsilçiliyinin müxbiri Səlim Toprak Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını gördüyünə görə çox sevindiyini deyib. Qeyd edib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Həmin döyüşlərdə işğal altındakı torpaqların bir hissəsi geri alındı. “Bu, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı arzularının gerçəkləşməyə başlaması deməkdir. İndi onların sevincini təsəvvür etmək çətin deyil. İnşallah, Lələtəpə ilə başlayan qələbə işğal altındakı digər torpaqları da əhatə edəcək və bir milyondan çox məcburi köçkün öz doğma yurduna qayıdacaq”, - deyə S.Toprak vurğulayıb.
Cocuq Mərcanlıdan ayrılmayan Minarə nənənin arzusu
Çocuq Mərcanlı kəndi 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilsə də, burada yaşamaq təhlükəli idi. Buna baxmayaraq, Həziyevlər ailəsi doğma kəndlərinə qayıdıb. Düşmənin gözünə dik baxaraq öz ev-eşiyində yaşamağı hər şeydən uca tutan bu ailənin həyat hekayəsi bir vətənpərvərlik örnəyidir, yurda, torpağa bağlılığın göstəricisidir.
KİV nümayəndələri 23 ildir Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Ailənin başçısı Oqtay Həziyev deyib: “Kəndimiz işğaldan azad olunan vaxtdan ordumuza güvənərək burada yaşayırıq. İlk vaxtlar çətinliklərimiz çox olub. Lakin heç zaman kənddən çıxmaq barədə düşünməmişik. Çünki bura bizim doğma torpağımızdır. Mal-qara, toyuq-cücə saxlayırıq, təsərrüfatımızı böyüdürük. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik”.
Dövlətimizin başçısının Sərəncamı hamı kimi, 80 yaşlı Minarə Hakiyevanı da sevindirib. Qonum-qonşularının yolunu səbirsizliklə gözləyən Minarə nənənin ən böyük istəyi kəndlərini çal-çağırlı, gözəl günlərin yenidən başlanmasını görməkdir.
Minarə nənənin bu arzusunun gerçəkləşəcəyi gün uzaqda deyil.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM