"Bu çörəyi uşaq yesəydi, ölə bilərdi"
Gəncədə baş verən hadisə həm istehlakçı, həm istehsalçı, həm də nəzarət qurumlarını diqqətli olmağa sövq edir. Belə ki, Gəncədə çörəyin içərisindən siçovul nəcisi çıxıb.
Strategiya.az ARB TV-yə istinadən xəbər verir ki, bu iddia ilə şəhərdə yaşayan Türkiyə vətəndaşı Mahmud Şahin çıxış edir. O, çevik davranaraq aldığı məhsulun standartın tələb və normalarına uyğun şəkildə istehsal edilib-edilmədiyini müəyyənləşdirmək üçün aidiyyəti üzrə təqdim də edib.
Mahmud Şahin - şikayətçi: “Çörək aldım səhər yeməyi üçün. Çörəyi böldüm, mən hər zaman çörəyin içinə baxıram, gördüm ki, içində qara-qara şeylər var. Dərhal çörəyi apardım laboratoriyaya təqdim elədim. Mənə elə gəlir ki, məhsulun içərisindəki siçovul nəcisidir”.
Aldığı çörəyin içərisindən çıxan yad cismin şəkilləri ilə televiziyamıza müraciət etməkdə Türkiyə vətəndaşının bir məqsədi var.
Mahmud Şahin - şikayətçi: “Mənim önəm verdiyim şey insan sağlığıdır. Bu rəsmən cinayətdir. Hər kəsin balası var, onu yeyib zəhərlənə bilərlər. Bunu mütəxəssislər də bilir ki, nəcis çörəyin içində qalan zaman zəhərlənmə verir. Yenə biz hardasa bilirik, əgər bu çörək uşağın əlinə düşsəydi, onu yeyərdi və sonu da heç yaxşı olmazdı. Bu məsələyə çox diqqət etmək lazımdır”.
Mahmud Şahin çörəyi Gəncədəki mağazalardan birindən alıb. Mütəmadi olaraq alış-veriş etdiyi marketdən gün ərzində 5 istehsalçıdan 10 çeşitdən artıq çörəyin alınaraq satışının həyata keçirildiyi barədə məlumat aldıq. Məhsul alınan zaman isə onun uyğunluq və gigiyenik sertifikatı sahibkardan tələb olunur.
Şəlalə İsgəndərova - marketin inzibatçısı: “Bizim üçün də maraqlıdır belə neqativ halın aşkar edilməsi. Bizim dükanda ilk dəfədir ki, belə neqativ halla qarşılaşırıq. Yəni biz də istəyirik ki, bu məsələ aydınlaşsın və ortalığa nəticə çıxarılsın ki, neqativ hal hansı şəkildə ortaya çıxıb”.
Apardığımız araşdırma zamanı məlum oldu ki, adıçəkilən dükana standartın tələb və normalarına uyğun olmayan çörək məhsulu məhz şəhərin Sadılı qəsəbəsində Ələddin Quliyev küçəsində Fəxrəddin adlı şəxsə məxsus olan evində yerləşən sexdə istehsal olunub. Bununla bağlı sahibkarın mövqeyini öyrənməyə çalışsaq da qapını üzümüzə açan olmadı.
Mahmud Şahinin çörəyi laborator analiz üçün təqdim etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə ərazi İdarəsindən də mövqe öyrəndik. Və cavab aldıq ki, əgər aparılan müayinələr nəticəsində fakt öz təsdiqini taparsa qanunvericiliyə uyğun olaraq həmin sahibkarlıq subyekti haqqında ciddi tədbir görüləcək.
Türkiyə vətəndaşının içərisindən siçovul nəcisi çıxdığı iddia etdiyi çörəyin laborator nəticəsi bu həftə ərzində məlum olacaq. Qurumdan əhaliyə müraciət də var-bu kimi neqativ hallarla qarşılaşanlar dərhal aidiyyəti üzrə məlumat versinlər. Belə olan halda istehlakçının hüququ qorunar, istehsalçı isə layiqli cəzasını alar.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM