Balacalara dərman verilməsi vərdiş halına gətirilməməlidir
Payız və qış aylarında qrip və soyuqdəymədən qorunmaq çətinləşir. Xüsusilə də, uşaqların immun sistemi zəif olduğundan, onlar daha tez-tez yoluxucu xəstəliklərə tutulur, soyuqdəymədən əziyyət çəkirlər. Həkimlərin məsləhətinə görə, uşaqlara dərman verməkdənsə, mütəmadi onların immun sisteminin möhkəmləndirilməsi üçün tədbirlər görülməlidir.
Strategiya.az xəbər verir ki, pediatr Mahirə Quliyevanın "Ekspress"ə bildirdiyinə görə, yalnız xəstələndikdə və ya virusların yayıldığı zamanlarda deyil, uşağın sağlam həyat tərzi sürməsinə daim fikir vermək, onu sağlam qida ilə bəsləmək lazımdır: "Çox vaxt yoluxucu xəstəliklər mövsümündə, soyuq havalarda valideynlər asana əl atır və uşaqlara dərman vasitələri, antibiotiklər, vitamin kompleksləri, immunostimulyatorlar verərək immun sisteminin müqavimətini artırmağa çalışırlar. Həkim təyin etdikdə bu vasitələrdən istifadə etmək olar. Amma bu, vərdiş halına gətirilməməli və hər yüngül soyuqdəymədən belə qorunmaq üçün antibiotiklərdən istifadə olunmamalıdır",-deyən pediatr bildirir ki, bunun əvəzinə uşaq düzgün bəslənilməli, təbii meyvə və tərəvəz şirələri, təmiz havada gəzinti, müsbət emosiyalarla dolu həyat, sevgi və qayğını hər an nümayiş etməyə hazır olmaq onun sağlamlığının qorunması üçün başlıca amillər olmalıdır.
M.Quliyeva qeyd edib ki, uşağın immun sisteminin möhkəmləndirilməsində düzgün qidalanma əsas rol oynayır. Dediyinə görə, gündəlik qida rasionundan zərərli çipslər, mənşəyi məlum olmayan qidalar çıxarılmalıdır. Meyvə, tərəvəzlərdən də yerlilələrə, GMO məhsulu olmayanlara üstünlük verilməlidir.
Quliyeva əlavə edib ki, tərəvəzlər arasında bakteriya və viruslarla mübarizə aparanlar da var: "Bunlardan çoxumuzun bildiyi, hətta dədə-babadan istifadə etdiyimiz sarımsaq məşhurdur. Soyuqdəymə zamanı istifadə olunması məsləhət olunsa da, uşaqlar onu çiy halda yeyə bilmir. Lakin isti şorbalara bir qədər sarımsaq sıxılıb əlavə olunsa, acılığı bilinməz, tam gələr. Sarımsağı yeməklərin bişirilməsi zamanı da əlavə etmək olar. Bu tərəvəzin tərkibində təbii antibiotik var. Virus və bakteriayaları məhv etməklə yanaşı, immun sisteminin də möhkəmlənməsinə xidmət edir".
Müsahibimiz yeməklərə soğan əlavə etməyi də məsləhət görür: "Vitamin C ilə zəngin olan bu tərəvəzin xeyri çoxdur. Yaxşı olar ki, virusların yayıldığı vaxtlarda, soğan doğranılaraq otağa qoyulsun. Onun iyi boğaz və burnun selikli qişasını mikroblardan qoruyur".
Həkimin sözlərinə görə, uşağın qida rasionunda ət, balıq, süd məhsulları, meyvə-tərəvəz, yumurta, göyərti, qozun olması sağlamlığını artırar: "Qida zülallar, yağlar, karbohidratlar, vitamin və mikroelementlərlə zəngin olmalıdır. Zülalların tərkibində olan amin turşuları immun sisteminin yuksəlməsinə müsbət təsir edir. Orqanizmin sağlamlığı üçün yalnız heyvanlarda olan zülallar deyil, bitki tərkibli, məsələn, noxud, lobya, paxlalı bitkilər də mühümdür. İmmun sistemi zəif olan uşaqlara ən azı həftədə bir dəfə olmaqla paxlalı bitkilərdən hazırlanmış qidalar vermək lazımdır".
İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu vitaminləridir.
Vitamin A-nın mənbəyi hesab edilən qida maddələri: kök, kahı yarpağı, kələm, balıq yağı, böyrək, qaraciyər, dəniz balıqlarının qaraciyəri, yumurta sarısı, kərə yağı, qaymaq və s.
Həmsöhbətimiz bildirib ki, təbii bal, doşab, xurma, qoz da bədənin soyuqdəyməyə qarşı müqavimətini artırır: "Müxtəlif otlardan, giləmeyvələrdən dəmləmələrin də uşaqlar üçün xeyri var. Lakin bütün bu vasitələrdən istifadə edərkən uşaqlarda allergiyanın yaranmamasına fikir vermək lazımdır".
Qidalanma ilə yanaşı düzgün yuxu rejimi, istirahət, fiziki hərəkətlər, təmiz havada gəzinti, oyunlar da uşaq üçün vacibdir. Gecə yuxusu zamanı uşaq yuxudan tam doymalıdır. Uşaqların gec yatması, gecənin çox hissəsində oyaq qalması immun sistemlərinə ağır zərbə vurar.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM