"Rayonlar üçün limit müəyyənləşdirilsin"
Bu gün paytaxt Bakı ilə rayonlar arasında həm kredit məbləğləri, həm də faiz dərəcələri üzrə ciddi fərqlər var.
Strategiya.az bildirir ki, ARB TV-nin "Günün Ardınca" verilişi məsələylə bağlı reportaj hazırlayıb.
İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki,16.27 milyard manatlıq ümumi kredit portfelinin 85 faizi paytaxtın payına düşür. Bundan başqa, Bakı ilə rayonlar arasında kredit faizlərində də fərq var.
Vüqar Bayramov - ekspert: "Əgər Bakıda kreditlər 10 faizdən azdırsa, əksər rayonlarda orta göstərici 20 faizdən yüksəkdir. Ən yüksək kredit faizləri aran iqtisadi rayonunda qeydə alınır. Məsələn, orada kreditlər üzrə orta faiz 22.6 faizdir".
Mövcud vəziyyət təbii ki, iqtisadiyyata təsirsiz ötüşmür.
Rəşad Həsənov - ekspert: "Burada faktiki olaraq müşahidə olunan disbalans regionlarla paytaxt arasındakı iqtisadi inkişaf səviyyəsindəki ziddiyyətlərdən xəbər verir".
İqtisadçı Samir Əliyev bunu regionlarda iqtisadi aktivliyin zəif olması ilə bağlıyır.
Samir Əliyev - ekspert: " Bakıda kreditlərə tələb daha çoxdur. Digər məsələ isə regionlarda əhalinin sosial vəziyyətinin paytaxtla müqayisədə daha aşağı olmasıyla bağlıdır. Regionlarda insanlar kreditlərə daha az müraciət edir".
Amma səbəblər təkcə bundan ibarət deyil. Banklar da rayon sakinlərinə kredit verməyə risk etmirlər.
Samir Əliyev - ekspert: "Təbii ki, risk regionda daha çoxdur. Bakıda götürülən kredit biznesə yatırılırsa, bu qısa müddətdə özünü doğruldur. Alqı-satqı prosesi yüksək olduğuna görə mal dövriyyəsi yüksəkdir. Bu da kreditin vaxtında qaytarılmasına gətirib çıxarır".
Bu gün ən çox ehtiyac duyulan ipoteka kreditləridir ki, burada da vəziyyət fərqli deyil.
Vüqar Bayramov - ekspert: "İpoteka kreditlərinin əhəmiyyətli hissəsi Bakının payına düşür. Elə rayonlar var ki, ipoteka kreditləşməsi başladıqdan sonra cəmi 1 ipoteka krediti ala biliblər. Nəticədə ipoteka kreditləri üzrə faiz dərəcəsinin aşağı olması orta faiz dərəcəsinə təsir göstərir. Eyni zamanda biznes kreditlərinin əhəmiyyətli hissəsi Bakının payına düşür. Banklar rayonlarda biznes kreditləri təklif etməkdə maraqlı deyillər".
Vüqar Bayramov bildirir ki, vəziyyət yaxşı olmasa da, çıxış yolu var: "İpoteka kreditlərində rayonlar üçün limit müəyyənləşdirilsin. Biz təklif edirik ki, ipoteka kreditlərinin ən azı 50 faizinin rayonlara verilməsi qanunlaşdırılsın. Bu o deməkdir ki, əgər il ərzində 100 milyon manat ipoteka krediti verilirsə, artıq onun 50 milyon manatını rayonlara verilməsi həyata keçirilsin".
Neftin qiymətinin düşdüyü bir dönəmdə əsas məqsəd qeyri-neft sektorunun inkişafına nail olmaqdır ki, bu yöndə işlər görülür. Bu işlərdən biri də kredit şərtlərinin paytaxtla rayonlar arasında bərabərləşdirilməsi olmalıdır.
Rəşad Həsənov - ekspert: "Bu özü də biznesin, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına öz mənfi təsirini göstərir".
Problemli məsələlərdən biri də kredit götürülərkən qoyulan girovlarla bağlıdır. Müşahidələr göstərir ki, rayonlarda olan daşınmaz əmlak girovlarını banklar götürmür.
Ümid edirik ki, tezliklə kredit şərtləri rayonlar və paytaxt üzrə nisbətən bərabərləşdiriləcək. Bu iqtisadiyyatımızın daha da inkişaf etməsində böyük rol oynayacaq.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM