Xəbər verdiyimiz kimi, fevralın 9-da Rusiyanın Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin əməkdaşları Minskdən Bakıya ekstradisiya olunan Aleksandr Lapşinlə görüşüblər.
Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Denis Apaşkin Trend-ə deyib ki, A.Lapşinin saxlanma şəraitindən şikayəti yoxdur: "O, vəkillə təmin edilib, telefonla danışmasına imkan yaradılıb. Özünü yaxşı hiss edir".