ANS və Azad Rəhimov nəyi bölüşdürə bilmir? - FOTOLAR

11:09 / 30.04.2014

Nazirin bir milyonluq saat satılan dükanı

Bir müddətdir ki, ANS telekanalı ilə gənclər və idman naziri Azad Rəhimov arasında qalmaqal yaşanmaqdadır. Əvvəlcə ANS televiziyası Hesablama Palatasının hesabatında Gənclər və İdman Nazirliyində korrupsiya əməllərinə dair faktların yer aldığı haqda məlumat verdi, dərhal sonra həm nazirlik, şəxsən nazir Azad Rəhimov, həm də Hesablama Palatası telekanalda yayılan xəbəri təkzib etdi. Nazir həmçinin ANS-i məhkəməyə verəcəyi ilə də hədələdi. 


Telekanal isə yenidən mövzuya qayıdaraq xüsusi reportaj verdi və Gənclər və İdman Nazirliyi ilə bağlı korrupsiya faktlarını açıqladı. Bundan sonra isə A.Rəhimov bildirdi ki, ANS-i məhkəməyə verməyəcək. Nazirin fikrincə, ANS nazirlikdə korrupsiya faktının olması ilə bağlı səhvini başa düşüb: “ANS özü Hesablama Palatasını təkzib etdi. Özü-öz səhvini gördü və geriyə durdular. Bu baxımdan onların məhkəməyə verilməsi mənasızdır”.

Nazir daha sonra telekanalın olimpiya komplekslərinin tikintisində yol verdiyi yeyinti faktlarına dair araşdırmalarına aydınlıq gətirib. Bildirib ki, belə iddianın irəli sürülməsi qeyri-peşəkarlıqdır: “Biz belə şeylərə fikir vermirik”. 

ANS isə nazirdən əl çəkməyib və bildirilib ki, əllərində məhkəmədə sübut edə biləcəkləri sənəd də var. Telekanal prezidentinin media üzrə müşaviri Mais Məmmədov deyib ki, Azad Rəhimovun ANS-i məhkəməyə verib-verməməsi onun öz istəyindən asılıdır: “Azad Rəhimov yaxşı edir. Özü bilər, istəyir məhkəməyə versin, istəyir iddiasını geri götürsün. Hər bir insanın məhkəməyə vermək ixtiyarı var. Bizim əlimizdə sənəd var. Azad Rəhimov nə deyir desin. Azad Rəhimov çox söz deyə bilər. Məhkəməyə çağırsalar bizim sənədimiz var, sənədə əsasən çıxış edəcəyik”.

Əldə etdiyimiz məlumata görə isə nazirlə telekanal arasındakı qalmaqalın səbəbləri var. Belə ki, telekanal rəhbərliyinin on beş ildən artıq ölkədə saat satışı ilə məşğul olan dükanları iflas həddindədir. Bunun səbəbi isə məhz nazir A.Rəhimovdur. Belə ki, artıq nazirə məxsus olduğu bildirilən butiklərdə vaxtilə ANS rəhbəri Vahid Mustafayevə məxsus VMF şirkətində satılan bahalı brend saatlar satışa çıxarılıb. Hətta bildirilir ki, A.Rəhimov həmin brend saatların satış hüququnu hansısa yollarla VMF-dən ala bilib. Söhbət daha çox “Breguet” və “Blancpain” brendlərindən gedir. İsveçrə istehsalı olan bu dəbdəbəli saatların Azərbaycandakı təmsilçisi vaxtilə VMF olsa da, artıq A.Rəhimova məxsus elit saat dükanlarında satılır. Vəziyyət hətta o həddədir ki, paytaxtın mərkəzində, Zərifə Əliyeva küçəsində A.Rəhimovun yeni açdığı dükan “Elit saatların Bakıda tək ünvanı” hesab edilir. Bildirilir ki, burada saatların qiyməni 10 min dollardan başlayır və 1 milyona qədər yüksəlir. “Glampire Time Pieces”də sözügedən brendlərin satışa çıxarılması isə elə həmin küçədə olan VMF-in dükanının bağlanmasına gətirib çıxarıb. Doğrudur, VMF-dən Z.Əliyeva küçəsindəki dükanın bağlanmasının təmir işləri ilə əlaqədar olduğu söylənildi. Bildirilir ki, may ayında VMF-in yeni dükanı açılsa da, o, həmin ərazidə yerləşməyəcək. Həmçinin qeyd edilir ki, nazir-telekanal rəhbərinin “saat çəkişməsi”ndən ikinciyə qalan “Maurice Lacroix”, “Tissot”, “Longines”, “Rado”, “Omega” kimi daha ucuz brendlərdir.

Mübahisəyə səbəb olan dükanlar Z.Əliyeva küçəsində yan-yana yerləşir. Hər üç dükanın ötən il açıldığı bildirilir. Biz həmin dükanlara baş çəkərək saatların qiymətləri ilə maraqlandıq. 

İlk olaraq “Chopard”a baş çəkdik. Burada yalnız bir brend- “Chopard” satışdadır. Eyni zamanda bahalı zinət əşyaları da satılır. Satıcı bildirir ki, dükanda ən ucuz saat 9-10 min dollardan başlayır: “Ancaq hazırda həmin ucuz saatlar dükanda yoxdur, satılıb. Sadələri var və 13 min dollaradır”. 

İkinci dükan “Glampire”dir ki, burada “Harry Winston”, “de Grisogono” və “Jaquet Droz” brendləri elit müştərilərə təqdim edilir. Burada ən ucuz saatlar 15 min İsveçrə frankından başlayan qiymətlərlə satılır. Bu isə 13 min manatdan çoxdur. Polad korpuslu saatların ucuzu 15 min frank, qızıl korpuslu saatlar isə 28 min frankdan başlayan qiymətlərlə təklif edilir. Üçüncü dükan isə məhz mübahisəyə səbəb olan brendlərin adı ilə adlandırılıb: “Breguet” və “Blancpain”.

Qeyd edək ki, həmin elit butiklər “İtaldizain Group” şirkəti tərəfindən açılıb. Bildirilir ki, bu şirkət 1996-cı ildə Bakıda İtaliya mətbəx avadanlığını Azərbaycan bazarına gətirməklə fəaliyyətə başlayıb. Hazırda “İtaldizain Group”un 21 salon və butiki var. Şirkətin prezidenti Elçin Zeynalov adlı şəxsdir. Ancaq bildirilir ki, holdinqin prezidenti Elçin Zeynalov olsa da, faktiki olaraq Azad Rəhimova məxsusdur və hətta bütün haqq-hesabı nazirin köməkçisi aparır. 

VMF-dən isə öyrənə bildik ki, “Breguet” və “Blancpain” brendləri hələ də onların bir neçə dükanında satışdadır. Şirkətdən məsələ ilə bağlı suallarımızın cavablandırılacağı vəd edilsə də, buna əməl edilmədi. /“Yeni Müsavat”/
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM