Bjezinskinin “böyük üçlük” formatı: Vaşinqton, Moskva və Pekin əməkdaşlığı mümkündürmü?

15:07 / 10.02.2017

Məşhur analitik Zbiqnev Bjezinski keçən ilin dekabrında Nobel sülh mükafatının təqdimatına həsr edilmiş mərasimdə maraqlı məruzə edib. O, indiki mərhələdə dünyada böhran vəziyyətinin olduğunu vurğulayıb, bu durumdan çıxmaq üçün ABŞ, Rusiya və Çin arasında əməkdaşlıq mühitinin yaradılması zərurətini əsaslandırmağa çalışıb. Lakin bu modelin konkret aspektləri elə də aydın deyil. Z.Bjezinski bir sıra ziddiyyətli məqamlardan bəhs edir, Rusiya ilə Çin arasındakı fikir ayrılıqlarına xüsusi diqqət yetirir, bunun əsasında iki ölkənin münasibətlərinin gələcəyini proqnozlaşdırmağa çalışır. Daha maraqlısı isə odur ki, Vaşinqton bu məqamdan istifadə etməklə hər iki ölkə ilə ehtiyatlı strategiya əsasında əməkdaşlıq qurmalıdır.

Dünya böhranı: yeni təhlükəsizlik parametrinə ehtiyac

Hazırda qlobal siyasətdə kifayət qədər mürəkkəb vəziyyətin yarandığına şübhə yoxdur. Hətta bir sıra ekspertlər yeni dünya müharibəsinin alovlanması ehtimalından danışırlar. Xüsusilə dünyanın supergücləri arasında münasibətlərin gərginliyi ciddi təhlükələrdən xəbər verir. Bunlar tanınmış strateqlərin, diplomatların, siyasətçilərin və analitiklərin mövcud vəziyyəti təhlil etmək əsasında gəldikləri qənaətləri maraqlı edir.

Zbiqnev Bjezinskinin ötən ilin dekabr ayında Osloda Nobel sülh mükafatını təqdim etmə mərasimindəki çıxışına KİV ciddi maraq göstərib. “Huffington Post” nəşri həmin çıxışı məqalə formasında təqdim edib. Yazının hazırlanmasına Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən (CSIS) K.Fiş və P.Vasserman da yardım göstərib (bax: Zbigniew Brzezinski. How To Address Strategic Insecurity In A Turbulent Age / “www.huffingtonpost.com”, 1 yanvar 2017).

Müəllif həqiqətən müasir qlobal geosiyasi mənzərə üçün böyük əhəmiyyəti olan məsələlərə toxunub. O, ABŞ, Rusiya və Çinin geosiyasi münasibətlərinin vacib tərəflərini analiz edib. Analitik bu məsələyə indiki mərhələdə dünya hakimiyyətinin keçirdiyi böhran kontekstində qiymət verib. Z.Bjezinskiyə görə, İkinci dünya müharibəsindən sonra nüvə silahı böyük güclər arasında tarazlı münasibətlərin formalaşmasında aparıcı rol oynayırdısa, XXI əsrin əvvəllərindən bu, artıq yetərli deyil. Onun iki səbəbi var.

Birincisi, artıq bir neçə dövlət nüvə silahına malikdir. Bu da Amerikanın bu sahədə dominantlıq dövrünün başa çatması deməkdir. İndi nüvə silahı arqumenti ilə beynəlxalq münasibətlərə həlledici təsir etmək imkan xaricindədir. Bu səbəbdən başqa tənzimləmə mexanizmi tapmağa ehtiyac yaranıb.

İkincisi, dünya miqyasında geosiyasi vəziyyət o dərəcədə mürəkkəbləşib və həssaslaşıb ki, kiçik ehtiyatsızlıq bəşəriyyəti fəlakətə sürükləyə bilər. Bunun fonunda ABŞ-Rusiya-Çin “üçbucağı”nda nələrin baş verdiyi ciddi əhəmiyyət daşımaqdadır. Z.Bjezinski məsələsinin bu tərəfini çox ciddiyə alır və faktiki olaraq məqaləsində dünyanın gələcək taleyini həmin dövlətlər arasında qurulacaq münasibətlərlə əlaqələndirir (bax: əvvəlki mənbəyə).

Onun əsas tezisi aşağıdakı kimidir: yeni məzmunda ABŞ-Rusiya-Çin əməkdaşlığı yaranmalıdır. Burada “əməkdaşlıq” termini ilə “müttəfiqlik” arasında fərqi vurğulamaq lazımdır. Bir sıra Rusiya eksperti söhbətin müttəfiqlikdən getdiyini qeyd edir. Digərləri isə bununla razılaşmır və məsələnin yalnız “əməkdaşlıqla” məhdudlaşdığını deyirlər – orijinalda “trilateral connection” ifadəsi işlənir ki, bu da “müttəfiqlik” anlamına gəlmir. Maraqlıdır, Z.Bjezinski nədənsə yalnız əməkdaşlıqdan danışır, daha dərinə gedərək müttəfiqlik münasibətlərindən bəhs etmir.

Məqalədə ifadə edilən fikirlərdən, irəli sürülən müddəalardan bunun səbəbi aydın olur. Amerikalı mütəxəssis daha çox ABŞ, Rusiya və Çin arasındakı ziddiyyətlərdən söhbət açır. Məsələn, Uzaq Şərqdə Moskvanın mövqeyinin getdikcə zəiflədiyini yazır. Belə ki, həmin ərazidə yaşayan Rusiya vətəndaşlarının sayı 6 milyondursa, ona qonşu olan Çin tərəfdə 40 milyon insan yaşayır! (bax: əvvəlki mənbəyə). Bu fərq çinlilərin Uzaq Şərqi zəbt etmək imkanının olduğundan xəbər verir. Z.Bjezinski 1850-ci illərdə Çar Rusiyasının həmin əraziləri işğal etməsini Çinin unutmadığını vurğulayır.

Rusiya-Çin münasibətlərinə gərginlik verən başqa faktor Pekinin Mərkəzi Asiyaya daha çox nüfuz etməsi ilə əlaqəlidir. Həmin regionun dövlətləri artıq “formal müstəqillikdən dövlətçiliyin təsdiqinə keçid” mərhələsinə qədəm qoyublar (bax: əvvəlki mənbəyə). Onlar Çinlə əməkdaşlığın inkişafına ayrıca diqqət yetirirlər. Pekin də regiona sürətlə nüfuz edir. Artıq milyardlarla ABŞ dolları həcmində sərmayəni Pekin Mərkəzi Asiya dövlətlərinin iqtisadi və energetik sferalarına yatırıb. Ekspertlər bununla yanaşı, Çinin Mərkəzi Asiyaya mədəni olaraq da nüfuz etdiyini vurğulayırlar.

ABŞ-Rusiya-Çin əməkdaşlığı: “strateji ehtiyatlılıq” müstəvisindən baxış

Lakin maraqlıdır ki, Zbiqnev Bjezinski ABŞ-n Asiya istiqamətində əsasən Yaponiya və Cənubi Koreyanı müdafiə edəcəyi fikrini söyləyir. Yəni Mərkəzi Asiyanın Rusiya-Çin münasibətlərinin toqquşma meydanı olmasına Vaşinqton elə də müdaxilə etmək istəməyəcək. Bunun əsas səbəbi Amerikanın Rusiya ilə Çin arasında ziddiyyətlərin dərinləşməsində maraqlı olması ilə bağlı ola bilər. O halda Mərkəzi Asiyadakı milli dövlətlər böhran vəziyyətlərində Amerikaya etibar edə bilməzlər. Bu aspekt geosiyasi kontekstdə kifayət qədər maraqlı suallar doğurur.

Digər tərəfdən, Z.Bjezinski yazır: “Amerika Avrasiyada təhlükəsizliyə dəstək verməkdə maraqlıdır və ABŞ Yaponiya ilə Cənubi Koreyanı müdafiə edəcəyini açıq bəyan edir. Lakin onun buna əməl etməsi strateji ehtiyatlılıqdan və qətiyyətdən asılıdır” (bax: əvvəlki mənbəyə).

Ekspertlər “strateji ehtiyatlılıq” və “qətiyyətin” nəyi ifadə etdiyini aydınlaşdırmağa çalışırlar. Strateji ehtiyatlılıq Amerikanın Rusiya ilə Çin arasındakı ziddiyyətli məqamlara qarışmamasını nəzərdə tutur. Paralel olaraq, Hindistan faktorundan təmkinlə istifadə etmə təcrübəsini unutmaq olmaz. Məşhur analitik bu kontekstdə vurğulayır: “...Hindistana açıq surətdə üstünlük verməmək də vacibdir, çünki bu halda Çinlə Rusiya arasında daha sıx əlaqə praktiki olaraq təminat altına alınmış olacaq. Bu iki böyük dövlətin sıx müttəfiqliyindən Amerika üçün daha təhlükəli bir şey ola bilməz” (bax: əvvəlki mənbəyə).

Deməli, strateji ehtiyatlılığı qətiyyət o mənada tamamlamalıdır ki, Amerika ən yaxın müttəfiqləri naminə belə öz liderlik ambisiyasından əl çəkməsin. Bu o deməkdir ki, Z.Bjezinskinin ABŞ-Rusiya-Çin əməkdaşlığından danışması yalnız Vaşinqtonun geosiyasi niyyətlərinin təmin olunması bağlılığında real məzmun kəsb edir. Təbii ki, belə olan halda hansısa müttəfiqlikdən deyil, konkret maraqların ödənməsinə xidmət edən əməkdaşlıqdan danışmaq mümkündür.

Bu çərçivədə Amerikanın Şərqi Avropa və Yaxın Şərq siyasəti ilə bağlı analitikin ifadə etdiyi fikirlər maraq doğurur. Belə ki, Z.Bjezinski hesab edir ki, Rusiyanı Ukraynada durdurmaq lazımdır. Lakin bu, Krım məsələsinə görə deyil, Moskvanın Baltikyanı regiona müdaxiləsi zamanı özünü göstərməlidir. ABŞ aqressiyaya hərbi deyil, iqtisadi reaksiya verməlidir. Konkret olaraq, o, Rusiyanın dəniz ticarətinin üçdəikisini məhdudlaşdırmalıdır. Onda Kreml qoşunlarını Şərqi Avropa və Baltikyanıdan çəkə bilər (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, Z.Bjezinski Amerikanın hərbi güc tətbiq etmədən Rusiyanı “yola gətirməsini” daha uyğun hesab edir. Çünki bu halda dünya ABŞ-ın əsas olaraq “yumşaq güc”ə önəm verdiyini görər ki, onun humanist obrazı yaranar. Digər tərəfdən, Amerika üçün çox güclü Rusiya ilə hərbi toqquşmaya getmək sərf etmir – çoxlu itkilər ola bilər. Belə çıxır ki, Vaşinqton Rusiya istiqamətində də “strateji ehtiyatlılığı” əldən verməyəcək.

Nəhayət, Z.Bjezinski ABŞ, Rusiya və Çini əməkdaşlığa sövq edən səbəbləri İran və Türkiyə təhlükəsi ilə də əsaslandırmağa çalışır. Bu faktorları o, “Yaxın Şərqdə dini nifrətdən qidalanaraq, davam edən vətəndaş müharibəsi, İran ekstremistlərinin sırıya biləcəyi potensial nüvə münaqişələri, alovlu türk milliyyətçilərinin geosiyasi ambisiyaları” kontekstində qiymətləndirir (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Z.Bjezinski Yaxın Şərqdə dini ixtilafların hələ də qalacağını proqnozlaşdırır. Hətta bu məsələ qlobal miqyasda geosiyasi proseslərə də öz təsirini göstərə bilər. Türkiyə isə öz geosiyasi maraqlarını daha qətiyyətli qorumaq xəttini inkişaf etdirəcək. Bunların fonunda ABŞ, Rusiya və Çin əməkdaşlıq xəttini seçməlidirlər. Lakin buradan belə nəticə çıxmırmı ki, Z.Bjezinski indi dünyanı çətin vəziyyətə salan bir faktorun – məhdud sayda böyük dövlətin dominantlığının saxlanmasının tərəfdarıdır? Bu vəziyyət hazırda ciddi ziddiyyətlər yaradıbsa, gələcəkdə nəyə görə təhlükəsizliyin qarantı ola bilər? Bu suallara cavab məqalədə yoxdur. Buna baxmayaraq, Z.Bjezinskinin olduqca aktual və geosiyasi əhəmiyyəti yüksək olan məqamlara toxunduğuna şübhə yoxdur. Onun məqaləsini cəlbedici edən əsas məqam da elə məhz bundan ibarətdir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM