Strategiya.az Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun Trend-ə müsahibəsini təqdim edir
- Əflatun müəllim, 2016-cı il Mətbuat Şurasının fəaliyyətində hansı cəhətlər yadda qaldı?
- Mətbuat Şurası hər zaman ənənəvi fəaliyyət istiqamətlərinə sadiqdir. Qurumun işində başlıca yeri şikayətlərin araşdırılması tutur. 2016-cı il də bu baxımdan fərqlənmir. Əlbəttə, müxtəlif istiqamətləri əhatə edən fəaliyyətimiz də olub.
Ümumən ötən il Şurada 686 müraciət qeydə alınıb. Onlardan 322-si bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Ayırı-ayrı vətəndaşlardan 118, dövlət idarə, müəssisə və təşkilatlarından 91, özəl müəssisələrdən 78, özünüidarəetmə orqanlarından 16, ictimai qurumlardan 19 şikayət daxil olub.
Katiblik 322 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 184 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 138 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2016-cı ildə Şuraya daxil olan şikayətlərin 138-i komissiyalarda baxılıb. Bunlardan 90-ı Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb.
Şikayətlər üzrə Komissiyada baxılan 90 məsələdən 42-i komissiya səviyyəsində həllini tapıb. Digər 48 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 18-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
Şuranın İdarə Heyəti 2016-cı ildə ümumilikdə 44 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 48 rəyindən 40-ı (8 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 18 təqdimatından 8-i əsas götürülüb.
- Ən çox şikayətlər hansı tip media orqanlarının fəaliyyətindəndir?
- Mətbuat Şurası 2003-cü ildən fəaliyyətdədir və ötən müddətdə şikayətlərin çoxluğu baxımından qəzetlər üstünlük təşkil edirdi. 2015-ci ilin statistikasına diqqət yetirsək, ümumi şikayətlərin 48,3 faizi qəzetlərdən idi. Həmin vaxt internet media orqanlarından şikayətlər 38,8 faizə çatırdı. 2016-cı il üçün diqqətçəkən tendensiya ikincilərin 51,9 faizlə birinciliyi əldə etməsidir. Üstəlik, informasiya agentliklərindən şikayətlər də 14,8 faiz təşkil edib. Rəqəmləri toplasaq, internet üzərindən yayımlanan kütləvi informasiya vasitələrindən şikayətlər ümumi şikayətlərin 66,7 faizini təşkil etmiş olacaq. Qəzetlərin bu baxımdan olan göstəricisi isə 29,3 faizdir.
Yəqin fərqi hiss etdiniz. Bu fərq böyük dəyişiklikdən xəbər verir. İnternet medianın cəmiyyət həyatındakı təsiri artır.
Biz şikayətlərdən söz açırıqsa, təbii ki, internet medianın vurduğu ziyan da çoxalır. Nəzərə almaq lazımdır ki, ənənəvi media öz yerini onlayn mediaya verir. Ancaq başqa bir reallığı da ciddi şəkildə düşünməliyik. Bu, nədən ibarətdir? Əgər qəzetlərin peşə prinsiplərini pozmalarının qarşısının alınmasında müəyyən tənzimlənmə işləri aparılmışdısa, internet medianın sürətlə artan sayı qarşısında adekvat reaksiya xeyli çətindir. Digər tərəfdən, qəzetlər hüquqi münasibətlər sistemində çıxış edirlərsə, internet üzərindən yayımlanan KİV-lər üçün belə bir vəziyyət, demək olar, yoxdur. Bu isə onların məsuliyyət hissini aşağı salır.
- İnternet media orqanlarının fəaliyyətində məsuliyyətsizlik məsələsini qabartdınız. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik.
- Bir qədər öncə də vurğuladım ki, Mətbuat Şurası 2016-cı ildə 44 qərar çıxarıb. Təsəvvür edin, bu qərarlardan 30-u bilavasitə internet üzərindən yayımlanan KİV-lərlə bağlıdır. Özü də elə qərarlar var ki, orada cavabdeh kimi 2 və daha çox internet KİV göstərilib. Vəziyyəti acınacaqlı edən də budur. Onlar arasında “korporativ həmrəylik” var. Məsələn, hansısa qurum haqqında məlumat, baxırsan ki, 2-3, bəzən də 4 xəbər saytında yayımlanır. Materialın xarakterindən onun təmənna məqsədilə qələmə alındığı aşkar görünür. Toplanmış materialların nəzərdən keçirilməsi də məsələnin mahiyyətini təsdiqləyir.
Digər bir məqamdan da söz açmaq istərdim. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin motivini təşkil edən materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulma faizinə nəzər salsaq, görərik ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” prinsipinin 3.2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” bəndi daha çox pozulub. Bu baxımdan 28,9 faizin mütləq əksəriyyəti internet media orqanlarının payına düşür. Düşünürəm ki, bu, çox ciddi siqnaldır. AJPDQ-nın “Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” tələbi üzrə pozuntu faktları 24,8 faiz təşkil edir. Bu statistikada da böyük pay sahibi xəbər saytlarıdır.
- Yəqin “qara siyahı”ya daxil edilənlər içərisində də internet xəbər portallarının sayları artmaqdadır...
- 2016-cı ildə Şurasın “qara siyahı”sına ümumilikdə 10 KİV-in adı daxil edilib. Bunlardan 3-ü saytdır. Adı əvvəlki illərdə “qara siyahı”ya daxil edilmiş 2 qəzetin onlayn versiyası kimi fəaliyyət göstərən 2 xəbər saytı da qeyd edilməlidir. Onu da deyim ki, Şuranın 44 qərarından 10-u cavabdeh KİV-in adının “qara siyahı”ya salınmasını nəzərdə tutur.
- Digər qərarlarda nə kimi cəza tədbirləri nəzərdə tutulur?
- Cavabdeh KİV-in adının “qara siyahı”ya daxil edilməsi Mətbuat Şurasının ən son cəza tədbiridir. Daha doğrusu, ən son ictimai qınaq vasitəsidir. Ümumən Şuranın təsir mexanizmi ictimai qınağa əsaslanır. Ayrı-ayrı qərarlarda qarşı tərəfdən üzrxahlıq, təkzib verilməsi, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi, bəzən bütün bunların hamısı nəzərdə tutulur. 44 qərarın 10-u cavabdeh KİV-in adının “qara siyahı”ya daxil edilməsini nəzərdə tutursa, 14 qərar cavabdehlə bağlı üzrxahlıq, 12 qərar üzrxahlıq və təkzib, 8 qərar qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi məsuliyyətini müəyyənləşdirir.
- Qeyd etdiyiniz ki, şikayətlərin araşdırılması Mətbuat Şurasının ənənəvi fəaliyyət istiqamətidir. 2016-cı ildə Şura başqa nə kimi tədbirlər gerçəkləşdirdi? Bununla bağlı hansısa cəhəti xüsusi qabartmaq istərdinizmi?
- Düşünmürəm ki, konkret nəyisə xüsusi fərqləndirmək mümkündür. Hər bir fəaliyyət bizim üçün önəmlidir. 2016-cı ildə Şura dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 7 tədbir keçirib. Jurnalistika və ictimai fikir tariximizlə bağlı kitab və vəsaitlərin təqdimatı, jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 6, həmçinin 10 tematik toplantı təşkil olunub. Şuranın Ahıl Jurnalistlər Məclisinin xətti ilə 8 ahıl jurnalist evində ziyarət olunub, MŞ İdarə Heyətinin üzvlərinin 6 xarici səfəri gerçəkləşib. Xeyli xarici qonaq qəbul olunub. İl ərzində Mətbuat Şurası media məkanımızdakı müxtəlif tendensiyalarla bağlı dəfələrlə bəyanatlar yayıb.
Azərbaycan Mətbuat Şurası sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində - Referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olublar.
2016-cı ildə Mətbuat Şurası Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə "İfadə azadlığı və media azadlığı" layihəsini icra edib. Layihə çərçivəsində jurnalist peşəkarlığının müxtəlif istiqamətlərinə, diffamasiya məsələlərinə diqqət yetirilib. Azərbaycan jurnalistlərinin bir qrupunun Strasburqa səfəri gerçəkləşdirildi. Onlar Avropa Şurasının institutlarında təlimlər keçmək imkanı əldə etdilər, öz bilik və bacarıqlarını təkmilləşdirdilər. Layihə çərçivəsində eyni zamanda ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən jurnalistlər üçün təlimlər təşkil edilib.
Xüsusən ötən il MŞ üçün vacib olan hadisələrdən birinin üzərində dayanmaq istərdim. Məlum olduğu kimi, 2016-cı ilin noyabr ayının əvvəllərində Tehranda Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında anlaşma memorandumu imzalanıb. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.
Azərbaycan Mətbuat Şurası 2016-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Saatlı və Tərtər Rayon İcra hakimiyyətləri ilə birgə jurnalistlər üçün yaradıcılıq müsabiqələri təşkil edib. Müsabiqələrdə ümumilikdə 50-dək jurnalist mükafatlandırılıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM