Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq məişət zəminində zorakılıq hallarının qarşısının alınması və ailədaxili zorakılıqla mübarizə sahəsində preventiv tədbirlər həyata keçirir. Eyni zamanda, qurum zorakılıq qurbanlarına hüquqi və psixoloji yardım edir, reabilitasiya proqramlarını həyata keçirir, uşaqların maraqlarını nəzər alaraq onlar üçün təhlükəsiz həyat şəraitinin yaradılması və digər istiqamətlərdə müvafiq tədbirlər görür.
Xəbər verildiyi kimi, Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü üç uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı 1983-cü il təvəllüdlü Zamur Allahverdiyev tərəfindən qətlə yetirilib. Bununla əlaqədar olaraq, komitənin hüquqi-təminat şöbəsinin əməkdaşı Gədəbəy rayonuna ezam olunaraq vəziyyətlə yerində tanış olub.
Gədəbəy rayon İcra Hakimiyyətində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilib. Bildirilib ki, üç uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı Gədəbəy rayon Zəhmətkənd kənd sakini Zamur Allahverdiyev tərəfindən döyülərək qətlə yetirilib. Mərhumun özünün və onun qohumlarının zorakılığa məruz qalması ilə bağlı rayon Polis şöbəsinə və İcra Hakimiyyətinə hər hansı bir müraciəti olmamışdı. Gədəbəy rayon İcra Hakimiyyətinin Zəhmətkənd üzrə kənd nümayəndəsinin verdiyi məlumata görə, əvvəllər ailə maddi vəziyyətinin ağır olması ilə bağlı müraciət edib və müvafiq köməklik alıb.
Mərhumun övladları, yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü Şəhla Zamur qızı Allahverdiyeva, 2008-ci il təvəllüdlü Şöhrət Zamur oğlu Allahverdiyev və 2010-cu il təvəllüdlü Şakir Zamur oğlu Allahverdiyev hazırda ögey əmi Zakir Allahverdiyevin evində müvəqqəti yerləşdiriliblər. Mənzil bir otaqdan ibarətdir və uşaqların yaşaması üçün şərait yoxdur. Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Zakir Allahverdiyev uşaqlara baxmaq üçün maddi imkanının olmadığını bildirib və uşaqların dövlətin himayəsinə verilməsini istəyib.
Bunları nəzərə alaraq uşaqların yaşadığı mühitdən çıxarılaraq dövlətin himayəsinə verilməsi məqsədəuyğun hesab edilib. Gədəbəy rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürüb, müvafiq sənədlər toplandıqdan sonra uşaqların ailə tipli müəssisəyə yerləşdirilməsi qərara alınıb. Hazırda baş vermiş hadisənin uşaqlara təsirinin azalması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayonunda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən profilaktik tədbirlər görülür.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM