Normal uşaq ildə beş-altı santimetr artmalıdır

16:30 / 14.02.2017

Bir sıra xəstəliklər kimi keçid dövründə uşaqlarda meydana gələn boy patologiyalarında da son zamanlar çoxalma müşahidə olunur. Belə ki, cırtdanboyluqla əlaqədar müraciətlərin sayı digər illərə nisbətən artıb. Bu patologiyaya keçid dövründə daha çox rast gəlinir. Valideynlər uşağın yeniyetmə dövründə boy atacağını gözləyir. Bu baş vermədikdə isə həyəcanlanmağa səbəb yaranır və çox hallarda müdaxilə etmək üçün artıq gec olur. Belə ki, bu uşaqları müayinə etdikdə onların böyümə zonalarının artıq tam bağlı və yaxud məhdud olduğu müşahidə edilir. Belə olduqda heç bir dərman preparatı kömək etmir.

Bu sözləri Strategiya.az-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müəllimi İlisur Novruzov bildirib.

Həkim deyib: “Akselerasiyaya nəzərən son 200 ili müqayisə etdikdə insanların orta boy həddinin təxmini 20 santimetr artdığını görmək mümkündür. Əgər o zamanlar orta boy həddi 150-160 santimetr arası idisə, hazırda bu rəqəm 170-180 sm təşkil edir.

Boyun tez artması cinsi inkişafın tez başlaması deməkdir ki, bu da hazırda uşaqların böyük bir əksəriyyətində müşahidə edilir. Keçid dövrünə erkən girən uşaqların böyümə zonaları da tez bağlanır. Misal üçün əgər əvvəllər qızlarda keçid dövrü 13-15 yaş arası başlayırdısa, hazırda bu hal orta hesabla 9-11 yaşda qeydə alınır. Bu da o deməkdir ki, belə uşaqların boy artımına daha çox diqqət yetirmək və hər hansı bir şübhə yarandıqda yubanmadan həkimə müraciət etmək lazımdır.

Bunun üçün ilk olaraq uşağın müayinədən keçərək bioloji yaşı müəyyən edilir. Belə ki, fiziki inkişaf bioloji yaşdan asılıdır. Böyümə zonalarından asılı olaraq uşaqlarda cırtdanboyluqla yanaşı, boyun həddindən artıq ucalığı da görülə bilir.

Misal üçün əgər uşağın bioloji yaşı fiziki yaşından çoxdursa və boy bioloji yaşa uyğundursa (həmyaşıdlarına nisbətən daha ucaboy) bu patologiya deyil. Bu uşağın digərlərinə nisbətən daha tez inkişaf etdiyini göstərir. Yaxud, bioloji yaş fiziki yaşdan azdırsa və boyu fiziki yaşla uyğundursa bu uşağın digərlərinə nisbətən daha gec yetişdiyini göstərir ki, bu zaman da həyəcanlanmağa bir səbəb yoxdur. Bu uşağın daha gec inkişaf etdiyini göstərir. Lakin bioloji yaş fiziki yaşla üst-üstə düşdüyü halda boy hər iki yaşa nisbətən azdırsa bu artıq uşağın boyunun gələcəkdə qısa olacağını göstərir.

Bioloji yaşın müəyyən edilməsinə gəldikdə isə, bu çox sadə üsulla yoxlanılır və valideynlərin müayinədən qorxmalarına bir səbəb yoxdur. Bu ilk olaraq biləklərin rentgenoqramasıdır ki, orada hər bir dəyişikliyi tam və açıq gömək mümkündür.

Ümumiyyətlə onu demək istərdim ki, uşağın normadan daha zəif inkişaf etdiyi müşahidə edildikdə onun həkim-endokrinoloqun müayinəsindən keçməsi vacibdir. Bundan əlavə keçid dövründə olan uşaqlarda boy və çəkiyə nəzarət edilməlidir. Normal uşaq ildə beş-altı santimetr artmalıdır. Ümumiyyətlə uşaqlar ömürlərinin orta hesabla ilk ilində 24 santimetr, bir-iki yaş arası 12-13 santimetr, üçüncü il 8-9 santimetr və dörd-beş yaşdan yeniyetmə dövrədək ildə beş-altı santimetr artmalıdır. Keçid dövründə artıq kəskin boy artımı başlayır ki, bu zaman normal inkişaf edən uşağın boyu ildə orta hesabla 12-15 santimetr artır. Lakin onu da qeyd etməliyəm ki, burada genetik faktorlar da nəzərə alınmalıdır”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM