İran prezdenti Həsən Ruhani fevralın 15-də Oman və Küveytə rəsmi səfər edəcək.
“Report” xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini Pərviz İsmaili bildirib.
Onun sözlərinə görə, H.Ruhani fevralın 15-də Omanın paytaxtı Maskata səfər edəcək, sultan və baş nazir Kabus bin Səidlə görüşəcək: “Elə həmin gün prezident Həsən Ruhani əmir Sabah əl-Əhməd əl-Caber əs-Sabahın dəvəti ilə Küveytə gedəcək”.