Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunda 2,9 bal gücündə zəlzələ olub. Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də qeydə alınıb. Zəlzələnin episentri Qarabulaq kəndində yerləşib.
Zəlzələ nəticəsində dağıntı və zərərçəkən olmayıb. (APA)