Strategiya.az bildirir ki, İtaliyanın Milli Tədqiqatlar Şurasının (İMTŞ) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Azərbaycan ərazisinin seysmik təhlükələrini müzakirə ediblər. Bu məqsədlə italiyalı professor Luçiano Teleska GGİ-nin qonağı olub və “Qafqaz ərazisinin seysmik və geodinamik monitorinqi, məlumatların riyazi təhlili və zəlzələ təhlükələrinin qiymətləndirilməsi” mövzusunda seminarda iştirak edib. AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, GGİ-niin Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov seminar iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyəti, məqsədi barədə məlumat verib. Bildirib ki, seminar İMTŞ ilə əməkdaşlığa dair saziş və proqramı çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ərazisinin seysmikliyinin məkan-zaman təhlili və seysmik təhlükənin qiymətləndirilməsi” adlı layihənin əsasında təşkil olunub. Layihənin elmi rəhbərləri L.Teleska və F.Qədirovdur. Seminardan məqsəd tədqiqatların gedişatına nəzər salmaq və araşdırmaların yeni istiqamətlərini müəyyən etmək, həmçinin gənc alimlərin mövzu üzrə elmi biliklərini artırmaqdır.
Akademik əlavə edib ki, İMTŞ ilə AMEA arasında əməkdaşlıq 7 ilə yaxındır davam edir və bu müddətdə 5 layihə yerinə yetirilib. Tədqiqatların nəticələrinə dair 10 məqalə “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsinə daxil olan jurnallarda dərc edilib. Ötən il İMTŞ-in rezidenti, professor Massimo İnquskyo ilə imzalanmış yeni 5 illik müqavilə ilə bu əməkdaşlığın yeni mərhələsi başlanıb.
Sonra, natiq Ərəbistan-Avrasiya plitəsində müşahidə olunan geodinamik proseslər və bunun təsiri ilə Abşeron yarımadasında toplanan tektonik gərginliklərdən danışıb. Həmçinin bildirilib ki, Abşeron və Xəzər regionunun geodinamik vəziyyətini tədqiq etmək sahəsində yeni yanaşmalar, o cümlədən müasir riyazi statistik üsullar tətbiq olunub. Bundan əlavə, “Qafqaz ərazisinin seysmik və geodinamik monitorinqi, məlumatların riyazi təhlili və zəlzələ təhlükələrinin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar və gənc alimlər üçün mühazirələrin keçirilməsi planlaşdırılır.
Daha sonra, qonaq L.Teleska “2003-2016 illər ərzində Azərbaycanın və ətraf ərazilərin seysmikliyinin məkan-zaman-maqnituda paylanılmasının statistik təhlili” adlı məruzə ilə çıxış edib. O, son illər azərbaycanlı həmkarları ilə birgə ölkəmizin ərazisində aparmış olduğu tədqiqatların hazırkı nəticələri barədə məlumat verib, növbəti mərhələdə görülməli olan işlər haqqında danışıb. Bildirib ki, Qafqazda aktiv seysmik ocaqlar haqqında məlumatların baza halında toplanılıb, analiz və tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır. Qonaq bu məlumatlardan istifadə edərək tədqiqatları davam etdirməyin zəruriliyini qiddətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin də iştirak etdiyi tədbir digər çıxışlarla davam edib. GGİ-nin Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, geologiya üzrə fəlsəfə doktorları – dosent Qulam Babayev və Rafiq Səfərov, həmçinin digərlərinin mövzuya dair məruzələri dinlənilib.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM