Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Münhenin beynəlxalq hava limanında prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
* * *
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi illik təhlükəsizlik konfransına qatılmaq üçün bu ölkəyə səfər edəcək.
Strategiya.az xəbər verir ki, Azərbaycan prezidentinin adı Münhen konfransının”Avrasiyada qırılma xətləri” mövzusunda keçiriləcək panel sessiyasının çıxışçıları siyahısında yer alır. Həmin sessiyada İlham Əliyevlə yanaşı Estoniya prezidenti Kersti Kalyulayd, Qazaxıstan Senatının spikeri Kasım-Jomart Tokayev, Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də çıxış edəcəklər. Habelə Ukraynanın “Xalq cəbhəsi” partiyasının lideri, keçmiş baş nazir Arseni Yasenyukun sessiyada çıxışı nəzərdə tutulub.