Nə üçün məhz Bakı?.. Yaxud yüksək səviyyəli görüşlərin ideal məkanı

09:21 / 17.02.2017

 

 

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir

 

Müasir dövrün qlobal çağırışlarına cavab verən Azərbaycan ötən 25 ildə müstəqil və balanslı siyasət yürüdərək dünya düzənində öz yerini və rolunu möhkəmləndirməyə, böyük dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıqlar qurmağa çalışıb və əminliklə demək olar ki, buna nail olub. Təbii ki, ötən dövrün tarixinə qısaca olaraq nəzər yetirsək, bir daha bu reallığın şahidi olarıq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ABŞ, Rusiya kimi güc mərkəzləri, Avropa ölkələri, eləcə də qonşu və digər region dövlətləri ilə qurulan möhkəm əlaqələr, BMT, Avropa Şurası, MDB, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda uğurlu təmsilçilik, NATO, Avropa İttifaqı və s. nüfuzlu təşkilatlarla qarşılıqlı hörmət və maraqlar əsasında davam etdirilən əməkdaşlıq buna əyani sübutdur. Bütün bunlarla yanaşı, ölkəmiz 25 illik qısa zaman kəsiyində qlobal layihələrin təşəbbüskarı və iştirakçısı kimi də biri-birindən əhəmiyyətli uğurlara imza atıb. Bu gün tam gücü ilə işləyən BTC, BTƏ neft-qaz kəmərlərini, eləcə də bütün dünyanın diqqət mərkəzində olan və dəstəklənən “Cənub Qaz Dəhlizi” layihəsini qeyd etmək kifayətdir. Sadaladığımız bu və digər faktlar ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasına, etibarlı tərəfdaş kimi tanınmasına əyani sübutdur.

 

Nə üçün məhz Azərbaycan?..

 

Dünyanın diqqət mərkəzində olan, beynəlxalq aləmdə iqtisadi, siyasi və humanitar mərkəz kimi tanınan Azərbaycan, eyni zamanda, bir çox hallarda beynəlxalq əməkdaşlıqların qurulduğu məkan kimi də tanınır. Mütəmadi olaraq paytaxt Bakıda demək olar ki, bütün dünyanı əhatə edən qlobal tədbirlər, humanitar forumlar, maraqla izlənilən beynəlxalq idman yarışları keçirilir. Respublikamıza gələn qonaqlar inkişafın Azərbaycan

modelini öz gözləri ilə görür, ölkəmizin kifayət qədər sabit, təhlükəsiz olduğunu xüsusi olaraq vurğulayırlar. Sözsüz ki, qeyd etdiyimiz bu uğurlar ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mükəmməl daxili və xarici siyasətin bəhrələridir.

Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirildi. Burada maraqlı bir məqam ortaya çıxır. Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu halda, nə üçün məhz Azərbaycan seçilib? Təbii ki, bu, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bu görüş ölkəmizin dünya miqyaslı, nüfuzlu dövlət olmasının, ona böyük hörmətlə yanaşılmasının, etimad göstərilməsinin əyani təzahürüdür.

 

Liderlər Azərbaycanı etibarlı tərəfdaş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər

 

Qeyd etdiyimiz kimi, Azərbaycan dünyanın süpergücləri olan ABŞ və Rusiya ilə kifayət qədər yaxın münasibətlər qurub, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həm ABŞ Prezidenti Donald Tramp, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri mövcuddur. Bu gün hər iki lider Azərbaycanı etibarlı tərəfdaş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, D.Tramp və V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər.

Ötən ilin noyabr ayında möhtərəm Prezidentimiz İlham Əliyev ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edərək onu qələbəsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. Donald Tramp isə göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də dövlət başçımız cənab İlham Əliyevlə görüşlərində və telefon danışıqlarında onun qətiyyətli və dünya miqyasında layiqli lider olduğunu bildirir, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq vurğulayır.

 

Ölkəmiz dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təkliflər verir

 

Ölkəmizin dünya miqyasında nüfuzunu yüksəldən əsas amillərdən biri də məhz beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığıdır. Bu sırada BMT-ni xüsusi qeyd etmək lazımdır. Təşkilatla Azərbaycan arasındakı 25 illik əməkdaşlıq tarixini uğurlu və faydalı hesab etmək olar. Münasibətlərimizin ən uğurlu məqamlarından biri ölkəmizin 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Gənc, müstəqil Azərbaycanın 155 ölkənin səsini qazanaraq bu uğura imza atması doğrudan da mühüm hadisə idi. Ölkəmiz bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib. Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti həm də bütün bölgənin inkişafına və rifahına xidmət edir. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir. Təbii ki, bu uğurlu yolun əsası “Əsrin müqaviləsi”ndən başlanır. Tarixə nəzər salsaq “Əsrin müqaviləsi”nin Azərbaycan üçün nə qədər əhəmiyyətli bir layihə olduğunu görərik. Belə ki, 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə başlanıldı. “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilib. 2012-ci ildə Türkiyə və Azərbaycan Trans-Anadolu kəmərinin (TANAP) tikintisi ilə bağlı razılığa gəliblər. TANAP layihəsi də tarixi bir hadisədir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, məhz TANAP layihəsinin razılaşdırılmasından sonra “Cənub Qaz Dəhlizi”nin konturları görünməyə başlayıb: “2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il

artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub Qaz Dəhlizi”nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.”

 

Qlobal nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçısı

 

Bu gün Azərbaycan, həmçinin mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biri kimi də çıxış edir. Ölkəmizin həyata keçirdiyi siyasət regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Ötən ay Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında çıxışı zamanı möhtərəm Prezidentimiz bu və digər məqamlara aydınlıq gətirdi: “Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olmuşdur... Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq...”

Qeyd edək ki, ölkəmiz “Şimal-Cənub” layihəsi üzərində də çalışır. Bu layihə Hindistanı, İranı, Azərbaycanı, Rusiyanı, Şimali Avropanı və Yaxın Şərqi birləşdirəcək. Layihənin Azərbaycan ərazisinə aid hissəsi artıq tamamlanıb. Möhtərəm Prezidentimiz ümidvar olduğunu bildirir ki, yaxın iki ildə bu layihə İpək Yoluna inteqrasiya olunacaq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək.

Bu gün Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında da fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Buna misal olaraq Azərbaycanın Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynamasını göstərə bilərik. Təbii ki, kifayət qədər bu cür nümunələr göstərmək olar. Bu həm də ölkəmizin regionda mehriban qonşuluq siyasəti yürütdüyünü, sülhsevər olduğunu təsdiqləyir.

Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, NATO, eyni zamanda KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Ölkəmiz yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və s. əməkdaşlıq formatlarını buna əyani sübut kimi göstərmək olar.

Bir sözlə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

 

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM