İranın cənubunda Fars əyalətinin Cəhron şəhərinin Məhəmmədabad bölgəsində güclü daşqın torpaq bəndi dağıdıb.
Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, fəlakətin qarşısını almaq üçün bəndin aşağı hissəsindəki ərazidə yaşayan əhalidən ehtiyat tədbirləri görmək xahiş edilib.
Son məlumata görə, 5 kənddə sakinlər təxliyə edilib, 700-ə yaxın ev dağılıb.