"Vaxtında iflicdən qorunmaq olar" - İLKİN ƏLAMƏTLƏRİ

11:36 / 18.02.2017

"İfliclər keyləşmə, nitqin pozulması, yaddaşın, görmənin itməsi kimi əlamətlərlə özünü göstərir". Strategiya.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında nevroloq, Mərkəzi Klinik Xəstəxananın həkimi Mərziyyə Muxtarova deyib.

Mütəxəssis bildirib ki, iflic mərkəzi və periferik sinir sistemlərinin zədələnmələri nəticəsində inervasiya olunan bölgədə hərəkətsizliyin yaranmasıdır. İfliclərin bir neçə formada olduğunu, mərkəzi və periferik tipli ifliclərə ayrıldığını deyən həkim qeyd edib ki, mərkəzi tipli ifliclər mərkəzi sinir sisteminin, yəni baş beyin və onurğa beyninin mərkəzi neyronlarının zədələnmələri nəticəsində yaranır. Periferik ifliclər isə periferik sinirlərin keçdikləri bölgələrdə sıxılma nəticəsində və yaxud da onun xəstəlikləri nəticəsində inkişaf edir.
 
Mərkəzi sinir sisteminin bir sıra xəstəliklərinin iflicə səbəb olduğunu deyən mütəxəssis bildirib ki, buraya ensefalitləri, meningitləri, beyin qan dövranının pozulması halları aiddir.
 
45-55 yaşlarda ifliclərə daha çox rast gəlindiyini deyən mütəxəssisin sözlərinə görə, iflicə səbəb olan əsas amil beyin qan dövranı pozğunluqlarıdır.
 
M. Muxtarova deyib ki, 6 kişidən, 5 qadından birində iflicə səbəb olan beyin qan dövranı pozğunluqları aşkarlanır. Həkim qeyd edib ki, bu, dünyada ölümə səbəb olan xəstəliklər arasında birinci, mərkəzi sinir sisteminin ölümə səbəb olan xəstəlikləri arasında isə birinci yerdə gəlir.
 
Onun sözlərinə görə, son statistik məlumatlar bu səbəbdən yaranan ifliclərin çox cavan dövrdə - 30-40 yaşlarda aşkarlandığını göstərir: "Faiz etibarilə götürdükdə 30-45 yaşlarda iflic halları az olsa da, son zamanlar bu sayda artım var. İflic yaradan xəstəliklərin cavanlaşması insanların daha çox hərəkətsiz olmaları, piylənmə faktorları ilə də bağlıdır".
 
Mütəxəssis qeyd edib ki, beyin qan dövranı pozğunluqlarından sonra ifliclərin yaranmaması üçün vaxtında tədbirlər görülməlidir. Siqaret, alkoqol qəbulundan imtina, qanda xolesterin kontrolu, beyinə daxil olan damarların müayinəsinin aparılması ilə mövcud olan risk faktorlarından qorunmaq mümkündür.
 
İflic öncəsi qeydə alınan əlamətlər barədə danışan nevroloq deyib ki, beyin qan dövranının pozğunluqları nahiyəsindən asılı olaraq qollarda keyləşmə, yaddaşın itməsi, nitqin, görmənin pozulması, qulaqlarda küyün artması, başgicəllənmə kimi əlamətlərlə özünü büruzə verir. Mütəxəssis bütün bu əlamətlərin anidən də ortaya çıxdığını, eyni zamanda kiçik, nəzərə çarpmayacaq dərəcədə klinik əlamətlərin qeydə alınmasının mümkün olduğunu bildirib.
 
Həkim vurğulayıb ki, beyin qan dövranı pozğunluğu baş verən xəstəyə ilk üç saat ərzində yardım olunarsa, onu iflicdən xilas etmək mümkündür: "Bu müddət ərzində müraciət olunmayıbsa, heç olmasa altı saat ərzində xəstəni həkimə çatdırmaq lazımdır.
Əgər bu vaxt itirilibsə, bizim üçün xəstəni iflicdən xilas etmək çox çətin olur.
Vaxtında müraciət edəndə zədələnməmiş ətraf neyronları qoruyub saxlamaq mümkündür. Ətraf neyronlar zədələnmiş nahiyənin funksiyalarını öz üzərinə götürür. Bunun sayəsində iflicin, parezin qarşısı alınır. Nəinki iflicin qarşısı alınır, hətta xəstənin həyatı xilas olur".
 
M. Muxtarova qeyd edib ki, əllərdə, barmaqlarda cüzi keyimə, yaddaşsızlıq, unutqanlıq, başgicəllənmə hissi olan şəxslər mütləq həkimə müraciət etməli, nevroloq müayinəsindən keçməlidirlər.
 
Erkən müayinələrin mühüm əhəmiyyət kəsb etdiyini bildirən mütəxəssis deyib ki, keyləşmə əlaməti bir çox səbəblərdən yarana bilər. Təkcə beyin qan dövranının pozulması nəticəsində keyləşmə yaranmadığını deyən nevroloqun sözlərinə görə, beyin toxumasında yaranmış şişlər, infeksion, iltihabi xəstəliklər nəticəsində də keyləşmənin yaranması mümkündür.
 
Kişi orqanizmində ifliclərə daha çox rast gəlindiyini bildirən həkimin sözlərinə görə, bu, kişilər arasında ürək qan damar sistemi xəstəliklərinin, beyin qan dövranı pozğunluqlarının daha geniş yayılması, siqaret, spirtli içkilərin qəbul olunması ilə əlaqədardır.
 
Üzdə yaranan ifliclər - parezlər barədə sualları cavablandıran həkim üz parezlərinin mərkəzi və periferik olduğunu deyib. 
 
Üzün mimik əzələlərini inervasiya edən 7-ci sinirin periferik tipli zədələnməsinin total zədələnmə olduğunu açıqlayan M. Muxtarova deyib ki, periferik tipli zədələnmə zamanı üz siniri iflic olur, ağız bucağı əyilir, xəstə gözlərini qapaya bilmir. Üz sinirinin mərkəzi iflici isə beyin qan dövranı pozğunluqlarında, beyində olan şişlərdə yarana bilir. Bu halda da xəstənin ağız bucağı əyilir.
 
Həkim deyib ki, periferik zədələnmə ilə bağlı yaranan üz parezlərini tamamilə aradan qaldırmaq mümkündür. Onun sözlərinə görə, mərkəzi tipli zədələnmələri bərpa etmək çətindir.
 
Mütəxəssis, periferik tipli zədələnmələrin sinirin soyuğa məruz qalması nəticəsində də baş verdiyini qeyd edib: "Son araşdırmalar naməlum mənşəli virusların da periferik siniri zədələdiyini, iflic yaratdığı göstərir. Bütün bunlar qəflətən baş verir. Xəstə yuxudan duranda ağız bucağının əyildiyini, gözünün qapanmadığını görür".
 
Nevroloq üz siniri iflic olmuş şəxslərə bir sıra faktorlardan o cümlədən soyuqdan, kondisionerdən qorunmağı tövsiyə edib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM