Astarada 30 yaşlı kişini vuran sürücü hadisə yerindən qaçıb. Hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.
Astara sakini, 1987-ci il təvəllüdlü Murad Abdullayev hələ ki sürücüsü müəyyən edilməyən “Opel” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına ağır kəllə-beyin travması ilə çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)