Güləş yığmamızın baş məşqçisindən İranda bayraq probleminə münasibət: "Bayrağımız bizim canımızdır, qanımızdır" - VİDEO, foto

11:21 / 20.02.2017

Strategiya.az bildirir ki, İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. 

Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma komandanın baş məşqçisi Firdovsi Umudov media nümayəndələrinin suallarını cavablandırıb və qazanılan qələbənin ilk növbədə dövlətimizin qələbəsi olduğunu bildirib: 

"Güləşçilərimiz doğrudan da sona qədər mübarizə apardılar, möhtəşəm qələbə qazandılar. Bildiyiniz kimi, A qrupunda biz çox güclü güləş ölkələri ilə - Rusiya, ABŞ və Gürcüstan komandaları ilə mübarizə apardıq.  Rusiya və Gürcüstan komandalarını məğlub etdikdən sonra ABŞ idmançıları ilə qarşılaşdıq. Yarışdan öncə biz ilk üçlükdə qərarlaşmağı planlaşdırmışdıq. Görüşləri keçdikcə isə qızıl medalları qazanmağa daha ümidli idik. Ancaq ABŞ komandası ilə görüşdə 74 kq çəki dərəcəsində hakim haqzıslığı ilə üzləşdik. Görüşün sonuna 1 dəqiqə qalmış ardıcıl 3 xəbərdarlıqla Murad Süleymanova texniki məğlubiyyət verilməsi görüşün nəticəsinə ciddi təsir etdi. 

Dünya Kuboku mənim baş məşqçi təyin olunduğum məşçilər korpusunun 2017-ci ildə ilk ciddi yarışı idi. Bu, bizim hamımızın birlikdə əldə etdiyimiz nəticədir. Bu nailiyyət həm də Azərbaycan Güləş Federasiyası rəhbərliyinin, Federasiyamızın prezidenti cənab Fazil Məmmədovun, I vitse-prezident Namiq Əliyevin komandamıza göstərdiyi diqqətin nəticəsidir."

Heyətdə əsasən gənc və təcrübəsi az olan güləşçilərə yer verdiklərini bildirən baş məşqçi komandanın hər bir üzvünün sona qədər mübarizə aparıb, əzmkarlıq nümayiş etdirdiyini xüsusi qeyd edib.

"Dövlətimizin və Federasiya rəhbərliyinin qarşımıza qoyduğu tələblərdən biri Tokio-2020 üçün ehtiyat qüvvənin formalaşdırılmasıdır. Bu məqsədlə heyətdə Hacı Əliyev, Cəbrayıl Həsənov, Georgi Edişeraşvili, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi təcrübəli güləşçilərimizlə yanaşı, Mahir Əmiraslanov, Əli Rəhimzadə, Məhəmməd Müslümov, David Suynuçxanov, Murad Süleymanov, Nurməhəmməd Hacıyev, Aslanbek Alborov kimi gənc güləşçilərimizə də yer vermişdik. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər. 61 kq-da mübarizə aparan Əli Rəhimzadə Rusiya ilə görüşdə Olimpiya çempionu Camal Otarsultanovu məğlub etdi. ABŞ-la görüşdə isə Dünya çempionuna 12-11 hesabı ilə uduzdu. Müəyyən səhvlər var idi ki, əsas da təcrübəsizlik, onların üzərində gələcəkdə işləyəcəyik. 97 kq-da mübarizə aparan Aslanbek Alborov ABŞ komandası ilə görüşdə Rio Yay Olimpiya Oyunlarının qalibi Kyle Snyderi məğlub etdi. Güləşçilərimizin hər birini təbrik edir, əsl xarakter nümayiş etdirdiklərinə görə onlara təşəkkür edirəm." 

Yarış zamanı meydana gələn bayraq probleminə münasibət bildirərkən yığma komandanın baş məşqçisi bildirib ki, bayrağı qorumaq hər birimizin borcudur. 

"Bayrağımız bizim canımızdır, qanımızdır. Bu bayraq ata-babalarımızın, şəhidlərimizin qanı bahasına qorunub saxlanıb. Ona görə də hər birimiz bayrağımızı sevməliyik, onu qorumalıyıq. Dövlətindən, gücündən, əhalisinin sayından, ərazisinin böyüklüyündən asılı olmayaraq kimlərsə bizim dövlətimizə, bayrağımıza qarşı haqsızlıq edərsə, biz buna etirazımızı bildirməliyik. Dünya Kuboku zamanı da təşkilatçılar ilk görüşdə bayrağımızı səhv çıxarmışdılar. Biz bunu görəndən sonra öz etirazımızı bildirdik. Səhv aradan qaldırılmasa növbəti görüşə çıxmayacağımızı onlara çatdırdıq. Hər bir ehtimalı nəzərə alaraq özümüzlə apardığımız şanlı Azərbaycan bayrağımızı yarış zalına gətirdik və təşkilatçılara təqdim etdik. 

Bu gün biz bütün dünyaya sübut edirik ki, heç kəs bizim dövlətimizə yuxarıdan aşağı baxa bilməz. Biz dövlətimizi, millətimizi sevirik. Mən həm güləşçilərimiz, həm komandamız adından bildirirəm ki, biz cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Bizim bir dövlətimiz, bir bayrağımız var. Hər birimiz daha diqqətli olmalıyıq ki, baş verə biləcək bu cür təxribatların qarşısını alaq."

Cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi ili" elan edilməsinə toxunan Firdovsi Umudov qarşıda görüləcək işlərin hələ çox olduğunu bildirib: 

"Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı kimi mötəbər yarışlar gözləyir. Təqvim planımız olduqca gərgin və sıxdır. Çalışacağıq ki, dövlətimizin, Federasiya rəhbərliyinin etimadını, güləş azarkeşlərinin ümidlərini doğruldaq və daha yaxşı nəticələr qazanaq. Gənc və peşəkar komandamızla birlikdə biz hələ çox nailiyyətlər qazanacağıq. Qarşımızda böyük hədəflər var, bu hədəflərə nail olmaq üçün var-gücümüzlə çalışacağıq."




 
 
 
 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM