Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza ataraq maraqlı bir layihəyə start verib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatrda ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehtizadə ilə yanaşı, bir sıra turizm şirkətlərinin rəhbərləri - Əziz Şiriyev (“BakuTravel-Tourism”), Ülvi Süleymani (“ViaCaucasus”), Nərmin Məmmədova (“Master Travel”), Sənan Şıxəliyev (“Victory Tour”), Əminə Məmmədova (“Benefit Travel”), Cavad Cavadov (“ALDE Tour”), Səbinə Nəsirova, Nizami Həsənov (“Aristokrat Travel”) və başqaları iştirak ediblər. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq bu işgüzar görüşün mədəni turizmin inkişafına böyük təsiri ola biləcəyini söyləyib. “Son zamanlar ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı imzaladığı bir sıra sərəncamlar, verdiyi tapşırıqlar turizmin nə qədər vacib və ölkə üçün prioritet sahə olduğunu bir daha təsdiq edir. Bu yaxınlarda teatrımız İranın məşhur komediya aktyoru, güneydə yaşayan milyonlarla soydaşımızın sevimli gülüş ustası Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə tamaşa hazırlamaq haqqında qərar qəbul etdik. “Bxətəvər” adlı bu tamaşada həm Azərbaycan Dövlət Musiqili Teatrının, həm də Təbriz Teatrının aktyorları rol alacaq. Sürprizlərlə zəngin olan bu layihənin bir çox özəllikləri var. Onlardan biri də bilet satışı ilə bağlıdır. Belə ki, tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılacaq. Mədəni turizmin inkişafına yardımçı olmaq nöqteyi-nəzərindən bu səhnə əsərini tamaşaçılara Novruz Bayramı günlərində təqdim etməyi planlaşdırırıq. Bayram günlərində bir sıra ölkələrdən, qardaş Türkiyədən, İrandan, xüsusən İranın soydaşlarımızın sıx yaşadığı bölgələrindən, əsasən də Təbrizdən ölkəmizə çoxsaylı turistlərin gələcəyi proqnozlaşdırılır. Biz istərdik mədəni turizmin inkişafı baxımından yerli turizm şirkətləri də bu prosesdə fəal iştirak etsinlər. Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra teatr-konsert müəssisələri ilə yanaşı, Dövlət Musiqili Teatrının da binası tam yenidən qurulub. Bu möhtəşəm yenidənqurmadan sonra teatrda çox unikal şərait yaradılıb. Təklif edərdim ki, məsələn, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın binasını da əlavə edəsiniz. Və yaxud tur-paketlərin mədəni istirahət hissəsinə Musiqili Teatrın hazırladığı klassik tamaşalarımızı - dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” kimi
əsərləri də daxil etmək olar. Repertuarımızda rus bölməsinin hazırladığı səhnə əsərləri ilə yanaşı, bir sıra tamaşalar var ki, ingilis dilinə tərcümə olunub və tərcümə sətirlər – qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim olunur. Bu və digər məsələləri reallaşdıra bilsək, əməkdaşlığımızı genişləndirsək, ən azı mədəniyyətimizin təbliği baxımından bu, çox mühüm bir addım olar”, - deyə Əliqismət Lalayev bildirib.
Əziz Şiriyev (“BakuTravel-Tourism”), Sənan Şıxəliyev (“Victory Tour”), Nizami Həsənov (“Aristokrat Travel”), Cavad Cavadov (“ALDE Tour”) və başqaları çıxış edərək yüksək səviyyəli görüşə görə Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə təşəkkürlərini bildirərək gələcək əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüblər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın baş tutması və daha da genişlənməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin hər cür dəstək verəcəyini söyləyərək, bu qəbildən görüşlərin mütamadi keçirilməsinin zəruriliyini qeyd edib.
Sonda qonaqlar tamaşaçılarla birlikdə Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan bəstəkarı Firudin Allahverdi olan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasını izləyiblər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM