Qar yağanda ilk iş qartopu oynamaq, ya da qar adamı düzəltməkdir.
Strategiya.az ARB Şəki-yə istinadən xəbər verir ki, 23 yaşlı Şamaxı sakini isə qardan hazırladığı gəlinlə diqqət çəkib.
Yağan qarı fürsət bilən Samir Xanməmmədov öz bacarığını bu şəkildə nümayiş etdirib. Qardan gəlinin hündürlüyü 1 metr 65 santimetrdir. Qaşı, gözü, geyimi ilə adi gəlinlərdən heç də geri qalmayan qar gəlin böyükdən balacaya hər kəsin diqqətini cəlb edib.