Rufiz Qonaqov: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi tarixi qərardır”

12:52 / 22.02.2017

"Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vaxtında və yerində verilmiş tarixi qərardır. Bu təyinat dövlətimizi daha güclü edəcək, sabitliyimizi gücləndirəcək".

 

 

Bunu Strategiya.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov ölkə başçısı İlham Əliyevin məlum təyinatını şərh edərkən bildirib.

 

 

Rufiz Qonaqovun sözlərinə görə, Mehriban Əliyeva uzun illərdir Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır: "Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini olaraq, partiyanın və onun üzvlərinin maraqlarını daim yüksək səviyyədə müdafiə edib. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır və deputat kimi seçildiyi dairədə böyük işlər görüb. Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkəmizin xaricdə dostlarının sayı artıb. 2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondunun fəaliyyəti göz qabağındadır. Fondun gördüyü işləri sadalamaq üçün günlərlə vaxt

lazımdır. Məktəblərin tikintisi, imkansız şəxslərin müalicəsinə yardım, milli mədəni irsin qorunması, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olunması Heydər Əliyev Fondunun prioritetlərinə daxildir.

 

 

Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvü kimi çox məhsuldar işlər görüb. 2012-ci ildə "Eurovision" adlı mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Mehriban Əliyevanın fəaliyyətinin nəticəsində mümkün olub. Bu il IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də Mehriban Əliyevaya həvalə edilib ki, bu da təsadüfi deyil. İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə heç kəsdə şübhə yoxdur".

 

 

Rufiz Qonaqov qeyd etdi ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var, bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib: "Mehriban Əliyeva 10 ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayıb. Mehriban Əliyevanın gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq əsas götürülüb. O, məhz bu kimi mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə edib. Bütün bu uğurlardan sonra Mehriban Əliyevanın Birinci vitse-prezident postuna təyin edilməsi doğru qərardır”.

 

Rufiz Qonaqov onu da qeyd etdi ki, Mehriban xanım Əliyeva Azərbaycan dövlətçiliyinin təbliği sahəsində çox böyük işlər görür, tədbirlər həyata

keçirir. Mehriban xanımın ötən illər ərzində qazandığı uğurlar onun yüksək vəzifəyə təyin edilməsinə zəmin yaradıb. Heç də təsadüfi deyil ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənib. Düşünürəm ki, bu təyinat Azərbaycanda sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafın daha da güclənməsi baxımından vacibdir. Mən əminliklə deyə bilərəm ki, Mehriban xanım Əliyeva ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacaq, var gücü ilə Azərbaycana layiqlə xidmət edəcək. Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM