Elmar Məmmədyarovun çıxışı

08:30 / 23.02.2017

Xarici işlər naziri Elmar Məmmədyarovun Türk Şurasının təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda çıxışı

 

Ankara, 22 fevral 2017-ci il

Hörmətli,

Türkiyə Böyük Millət Məclisinin Sədri vəzifələrini icra edən cənab Ahmet Aydın,
Türkiyə Cumhuriyyətinin xarici işlər naziri cənab Mevlüt Çavuşoğlu,
Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarov,
Türk Şurasının baş katibi cənab Ramil Həsənov,
Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin qəyyumlar şurasının sədri prof. Musa Yıldız,
Millət vəkilləri,
Səfirlər,
Xanımlar və cənablar!

İlk öncə Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində belə bir konfransın təşkil edilməsinə görə Türk Şurasının Katibliyinə və Ahmet Yasevi Universitetinə öz təşəkkürümü bildirmək istərdim.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə misli görünməmiş hadisələrdəndir. Xocalı soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olmuş, 1275 nəfər girov götürülmüşdür. Onların 150-sinin taleyi indiyədək məlum deyildir. Erməni vandalizmi nəticəsində 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir.

Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmamışdır. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.

Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmışdır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya,Slaveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi "Xocalıya ədalət!" kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Bu ilin yanvar ayında Malidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlamentlər İttifaqının 12-ci sessiyasında qəbul olunmuş xüsusi qətnamə “Xocalıya Ədalət” kampaniyasına tam dəstək verərək Xocalı faciəsini soyqırım kimi tanımış və təşkilatın 54 üzv dövlətinə erməni canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı çağırış etmişdir.

Təəssüflər olsun ki, ermənilər uzun illərdir ki, tarixi saxtalaşdıraraq, uydurma “erməni soyqırımı”nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədləri üçün istifadə edirlər. Bu istiqamətdə erməni diasporunun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Uydurma tarixlərinin beynəlxalq təşkilatlarda, müxtəlif konfrans və toplantılarda “erməni soyqırımı” kimi gündəliyə çıxarılmasında, heç bir tarixi faktlara, sənədlərə əsaslanmayan yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında erməni diasporunun məqsədyönlü fəaliyyəti danılmazdır. Türkiyə dövləti dəfələrlə onlara arxivlərin açılmasını, erməni və türk tarixçilərinin birgə araşdırmalar aparılmasına dair təkliflər irəli sürsə də, ermənilər və onların havadarları iç üzlərinin ifşa olunmasından qorxaraq buna razı olmamışlar. Səbəb sadədir. Çünki onlar həqiqətdən qorxurlar.

Fürsətdən istifadə edib, Türk Şurası çərçivəsində fəaliyyət göstərən üzv ölkələrin diaspor təşkilatlarının türk dünyasına qarşı yönəlmiş erməni propaqandasına qarşı birgə fəaliyyət göstərmələrini tövsiyə etmək istərdim. 

Hörmətli konfrans iştirakçıları,

Ermənistan - Azərbaycan münaqişəsinin bu günə qədər həll olunmaması bölgəmizdə sülhə, təhlükəsizliyə, əmin-amanlığa, o cümlədən hərtərəfli regional əməkdaşlığın inkişafına ciddi təhdiddir. Əfsuslar olsun ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində pozulmuşdur. Bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, beynəlxalq hüququn bütün norma və prinsipləri kobud şəkildə pozulmuşdur. Beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi məlumdur. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələrin heç biri bu günədək icra edilməmişdir. Azərbaycan sülhün tərəfdarıdır və biz münaqişənin dinc yolla həllinə tərəfdarıq. Bizim mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi həm ədalətsizliyə son qoyacaq, həm də regional sülhə və təhlükəsizliyə töhfə verəcəkdir.

Qeyd etmək istərdim ki, biz yaşadığımız bölgədə sülh, sabitlik, əmin-amanlığın təmin edilməsi üçün daim səylər göstəririk. Ölkəmiz terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir və öz töhfələrini əsirgəmir. Təəssüflər olsun ki, son zamanlar qardaş Türkiyədə törədilən terror hadisələri bizi ciddi şəkildə narahat edir və biz bu terror aktlarını qətiyyətlə qınayır və hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik. Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorun bütün formada qəti şəkildə pisləyir.

Əfsuslar olsun ki, son zamanlar islam dini beynəlxalq aləmdə bəzi insanlar, o cümlədən natiqlər, siyasətçilər tərəfindən terrora xidmət edən din kimi qələmə verilməkdədir. Acınacaqlı haldır ki, bir çox ölkələrdə islam dininin daşıyıcısı olan insanlara qarşı münasibətdə radikal hərəkətlər həyata keçirilir, müsəlmanların hüquqları tapdalanır, onların terrorun potensial daşıyıcıları olduğu kimi xoşagəlməz fikirlər səsləndirilir. Azərbaycan müxtəlif dini mənsubiyyətin nümayəndələrinin azad, demokratik, firavan şəkildə bərabər yaşadığı tolerant bir ölkədir. Xalqımız bu xüsusiyyətləri daşıyır, mehriban şəkildə hər bir dinin nümayəndələri ilə, milli azlıqlarla bərabər yaşayır. Bu məsələyə dövlət səviyyəsində də xüsusi həssalıqla yanaşılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2016-cı il “Azərbaycanda multikulturalizm ili” elan edilmiş, ölkəmiz BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların nümayəndələri ölkəmizə səfər edərək, Azərbaycanda bu istiqamətdə mövcud proseslərə canlı şahid olmuş, bununla bağlı öz fikirlərini ifadə etmişlər. Azərbaycan tolerant ölkə olmaqla yanaşı bir müsəlman ölkəsidir. Müsəlman mədəniyyətini, tarixini yaşadan bir ölkədir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Azərbaycan islam dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman xüsusi önəm vermiş və coğrafi mövqeyinə görə əsrlər boyu Qərb və Şərq sivilizasiyaları arasında körpü rolunu oynayaraq islam dininin mədəni və mənəvi dəyərlərini dünyaya təşviq etmişdir. Bu səylərin davamı olaraq, Bakıda 2017-ci ilin may ayında 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir.

Hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirən Azərbaycanın əsas istəyi regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın, firavan və mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. İnanıram ki, ölkələrinin ərazi bütövlüyünə, xalqlarının firavan gələcəyinə və beynəlxalq hüququn aliliyinə xidmət edən hər bir kəs Azərbaycanın haqlı mövqeyinin yanında olacaqdır!

Diqqətinizə görə minnətdaram!

Sağ olun!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM