Amerikalı kinematoqrafların Xocalı soyqırımına dair ekranlaşdırdığı sənədli filmin Los-Ancelesdə premyerası keçirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
“Zülmətdən qaçarkən” (Running from the Darkness) adlı filmin premyerası dünyanın ən böyük və nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental (Simon Wisenthal) Mərkəzinin Tolerantlıq Muzeyində nümayiş etdirilib. Qeyd edək ki, Tolerantlıq Muzeyi dünyada Holokosta (yəhudilərin soyqırımı) həsr olunmuş ən böyük muzeylərdəndir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən təşkil edilən premyerada, Kaliforniya ştatının ali seçkili orqanlarının nümayəndələri, müxtəlif şəhərlərin merləri və şəhər şuralarının üzvləri, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin Los-Anceles nümayəndəliyinin aparıcı əməkdaşları, Dövlət Departamentinin təmsilçiləri, xarici ölkələrin bu şəhərdə akkreditə olunmuş baş konsulları, xristian, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu din xadimləri, KİV təmsilçiləri və digər şəxslər iştirak edib.
Konsulluqdan AZƏRTAC-a bildirilib ki, Tolerantlıq Muzeyinin direktoru Lib Qeft belə bir önəmli tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib. O qeyd edib ki, öz yaxın tarixində yaşadığı ağrılı faciələrə baxmayaraq, tolerantlıq ənənələrini qoruyub saxlayan Azərbaycan bu gün bütün dünyaya gözəl bir örnəkdir.
Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, sadəcə Azərbaycan xalqının deyil, bütöv bəşəriyyətin yaddaşına qanlı ləkə kimi düşən Xocalı soyqırımının ekran əsəri vasitəsilə daha geniş ictimaiyyətə çatdırdıqlarına görə filmi ərsəyə gətirən bütün kinematoqraflara dərin təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Azərbaycan bu istiqamətdə daim ictimai maarifləndirmə işinin aparılmasına böyük önəm verir. N.Ağayev bildirib ki, belə bəşəri faciələrin qarşısının alınması üçün ən böyük vasitələrdən biri digər etnik kimliklərə və dini etiqadlara dözümlülüyün, tolerantlığın təşviq edilməsidir. Azərbaycan bu sahədə özünün dərin tarixi irsindən güc alaraq, bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də səmərəli iş aparır.
Daha sonra filmin istehsalçısı, Los-Ancelesin “J-Connect” təşkilatının sədri Coş Kaplan çıxış edib. O, rəhbərlik etdiyi təşkilatın xalqlar arasında sülhün təşviqinə və gücləndirilməsinə böyük önəm verdiyini bildirərək, Xocalı faciəsinin dəhşətləri ilə tanış olduqdan sonra bu faciənin daha geniş beynəlxalq ictimaiyyətə çatdırılması işinə laqeyd qala bilmədiklərini vurğulayıb.
Filmin çəkiliş prosesi barədə danışan C.Kaplan, layihə ilə əlaqədar kinematoqrafların dəfələrlə Azərbaycan səfər etdiklərini, Xocalı soyqırımının canlı şahidləri ilə birbaşa təmas saxladıqlarını, onları ətraflı dinlədiklərini və onların ağrılarını filmdə əks etdirməyə çalışdıqlarını qeyd edib.
Sonra film nümayiş olunub.
Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də, erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilib. Filmdə V.Martirosyan qeyd edir ki, Xocalı qətliamı erməni xalqının vicdanında qara bir ləkədir.
Xocalı soyqırımı zamanı azərbaycanlıların məruz qaldığı qəddarlıqları əks etdirən foto və video materiallar film boyunca tamaşaçıları dərindən kədərləndirib. Həmçinin, filmdə, 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasının əldə etdiyi nailiyyətlərindən, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində kampaniyanın oynadığı mühüm roldan bəhs olunub.
Tamaşaçıların böyük rəğbəti ilə qarşılanan nümayişdən sonra tədbirdə iştirak edən Los-Ancelesin müsəlman icmasının rəhbərlərindən Mahomed Xan, şəhərin “Piko Şul” yəhudi sinaqoqunun ravvini Yona Bookstayn və Los-Ancelesin xristian dini icmasının tanınmış xadimlərindən olan, 40-dan çox kilsənin yaradıcısı yepiskop Xuan Karlos Mendez öz müvafiq dini ənənələrinə uyğun olaraq, Xocalı qurbanlarının ruhuna və Azərbaycanda və dünyada sülhün güclənməsi naminə birgə dua ediblər.
Tədbirdə sözügedən din xadimləri Azərbaycanın Los- Ancelesdəki baş konsulluğu tərəfindən təsis edilmiş “Dinlərarası Tolerantlıq Mükafatı” ilə təltif olunublar.
Təltifolunma mərasimindən sonra hər üç din xadimi Azərbaycanın multikultural dəyərləri və güclü tolerantlıq irsi barədə çıxış edib, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüblər.
Tədbir Azərbaycan və Avropa klassik musiqi əsərlərindən nümunələrin canlı ifası ilə başa çatıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM