Sosial şəbəkədə yazışan arvadını öldürdü - Şabrandakı qətlin TƏFƏRRÜATI - FOTO

14:13 / 23.02.2017

Bakı Apellyasiya Məhkəməsində Şabran rayon sakini Elnur İsmayılovun CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb. 

Strategiya.az aktual.az-a istinadən xəbər verir ki, 2015-ci il aprelin 17-si axşam saat 18 radələrində Suraxanı rayon 11 saylı Təcili Tibbi Yardım Stansiyasına Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1 ünvanından çağırış daxil olub. Briqada qəsəbəyə çatanda özünü ağır xəstənin əri kimi təqdim edən şəxs onları qarşılayıb evə aparıb. Çarpayının üzərində huşsuz vəziyyətdə olan qadının yuxu arteriyası yoxlanıldıqda, onun artıq öldüyü müəyyən edilib. Evdən çıxanda Elnur İsmayılov həyəcanlı halda meyidin Təcili yardım maşını ilə Tovuz rayonuna aparmasını xahiş etsə də, həkim polisin icazəsi olmadan mərhumu heç yerə apara bilməyəcəyini deyib. Daha sonra hadisə yerinə Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları cəlb olunublar. Fakta görə həmin tarixdə rayon prokurorluğunda cinayət işi başlanılıb. 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Çiçək Alıyevanın sifət və bədən nahiyələrində çoxsaylı sıyrıq və qançırlar aşkar edilib. Ölümünə ağız və burun dəliklərinin əllə qapanması nəticəsində törənən mexaniki asfiksiya səbəb olub. 

Hadisədən 12 gün sonra, ayın 29-da Elnur İsmayılov Şabran RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və Suraxanı RPİ-nin əməkdaşlarına təhvil verilib.

İstintaqla müəyyən edilib ki, Elnur İsmayılov qeyri-rəsmi ər-arvad münasibətində olduğu Çiçək Alıyevanın ona xəyanət etməsindən şübhələnərək onunla dəfələrlə mübahisə edib. Aprelin 17-də kirayə yaşadıqları evə gələrkən o, qadının otaqdakı çarpayının üstündə əyləşib, telefonla yazışdığını və sonra telefonu gizlətdiyini görüb. Elnur Çiçəkdən telefonu istədikdə sonuncu qəti şəkildə buna etiraz edib. Qısqanclıq zəminində Alıyevanı qəsdən öldürmək qərarına gələn İsmayılov əvvəlcə onun sifət və baş nahiyələrinə yumruq və təpiklə zərbələr vurub. Niyyətini başa çatdırmaq istəyən şəxs qadının döşəmədə əyilmiş və hərəkətsiz vəziyyətdə olmasından istifadə edərək, onun burun və ağız dəliklərini qapayıb. Bununla da, Alıyevanın sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək, onu qəsdən öldürüb. 

İş üzrə dindirilmiş Elnur İsmayılov bildirib ki, ayın 12-də Çiçəyin mobil telefonuna baxarkən onun sosial şəbəkədə müxtəlif adlarla qeyd olunmuş şəxslərlə yazışmalarını görüb, bu səbəbdən onların arasında mübahisə baş verib. Aprelin 17-də otağa daxil olarkən Alıyevanın telefonla yazışdığını və onu görən kimi telefonu döşəyin altına qoyduğunu görüb. Əvvəl ondan telefonu tələb edib, sonra sifətinə 2 dəfə sillə vurub, döşəyin altından telefonu götürmək istəyərkən Çiçək əlini dişləmək istəyib. O, arvadının kürəyindən ayağı ilə zərbə vurub və telefonu alıb, baxarkən onun bir oğlanla yazışdığını görüb. Həmin vaxt artıq qadının səsi çıxmayıb, o, əyilmiş vəziyyətdə çarpayıya söykənib və rəngi ağarıb. Elnur təcili yardıma zəng edib, sonra Çiçəyi qucağına alıb çarpayıya uzatıb, bir neçə dəfə süni nəfəs verib, lakin qadında heç bir tərpəniş olmayıb. İsmayılov qeyd edib ki, Alıyevanı öldürmək fikri olmayıb və onu boğmayıb. 

 

Məhkəmə prosesində Elnur İsmayılov ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki, Çiçəyi öldürmək üçün heç bir səbəbi olmayıb. Ayın 17-də işdən çıxıb evə gəldikdə qapıların açıq və arvadının mətbəxdə yerdə uzanıqlı vəziyyətdə qaldığını görüb. O, dərhal yoldaşını yatağa uzadıb, onun qardaşı Əzim Alıyevə, sonra isə təcili yardıma zəng edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM