Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm hadisəsi qeydə alınıb.
Hadisə qəsəbənin 11-ci Mədən deyilən ərazisində baş verib.
1994-cü il təvəllüdlü Rüstəmli Fuad hamam otağında dəm qazından zəhərlənib.
Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən, yolda keçinib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib.
Faktla bağlı araşdırma aparılır.//APA