Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino
xadimi, Xalq artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş
xatirə tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata
görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr
Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı
ilə baş tutub.
Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığının əks olunduğu
fotosərgi ilə tanış olublar.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq
artisti Azər Paşa Nemət unudulmaz aktyorun Azərbaycan teatrının və
kinosunun inkişafındakı xidmətlərindən danışıb.
O, bildirib ki, Lütfi Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik
Milli Dram Teatrında çalışıb: “Lütfi Məmmədbəyov Azərbaycan teatrını,
bizim kinomuzu və ümumən mədəniyyətimizi sevən bir insan idi. Onun
tələbələri, yetirmələri bu gün Azərbaycan teatrının və kinosunun əsas
simalarıdırlar. Lütfi müəllimin Xalq Teatrındakı fəaliyyəti, Akademik
Milli Dram Teatrında hazırladığı səhnə əsərləri hər zaman böyük hörmət
və ehtiramla xatırlanıb. Nə qədər ki Azərbaycan mədəniyyəti var, Lütfi
müəllimin adı və imzası hər zaman yaşayacaq, xoş hisslərlə yad
olunacaq”.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Lütfi
Məmmədbəyov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb,
onun insani keyfiyyətləri, sənətkar kimi quruluş verdiyi tamaşalar və
televiziya filmləri barədə danışıb: “Lütfi müəllim təbiəti etibarı ilə
ictimaiyyətçi insan idi. Onun insani keyfiyyətləri o qədər yüksək idi
ki, hətta gücü çatmayacağı işlərdən ötrü qapıları döyməyi bacarırdı.
Lütfi Məmmədbəyovun yaratdığı Xalq teatrı qədər Azərbaycan
mədəniyyətinə, xüsusən, teatr sənətinə görkəmli sənət xadimləri bəxş
edən ikinci xalq teatrı olmayıb. Onun yetirmələri sonralar böyük
uğurlar qazandılar və Azərbaycan teatr sənətinin simalarına
çevrildilər”.
Qeyd olunub ki, böyük və şərəfli aktyorluq məktəbi yolunu keçən
sənətkar doğma sənət ocağının səhnəsində bir neçə tamaşaya quruluş
verməklə yanaşı, həm də 60-dan çox televiziya tamaşasının rejissoru
kimi tanınır.
Unudulmaz sənətkar “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Qızmar günəş
altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa
filmlərdə yaratdığı bir-birindən parlaq obrazlarla tamaşaçı qəlbində
dərin iz buraxıb. Onun quruluş verdiyi tamaşa və televiziya filmləri
obrazların xarakterini açan ifadə vasitələrinin zənginliyi ilə diqqəti
cəlb edib.
Lütfi Məmmədbəyovun milli mədəniyyətin inkişafı sahəsindəki xidmətləri
dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir
sıra mükafatlara və fəxri adlara layiq görülərək müstəqil Azərbaycanın
ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
Daha sonra aktyorun sənət dostları – xalq artistləri Hacı İsmayılov,
Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Bəsti Cəfərova,
Ramiz Məlik Lütfi Məmmədbəyovu böyük sənət xadimi, qayğıkeş insan,
unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir
iştirakçıları ilə bölüşüblər. L. Məmmədbəyovun tələbəsi, müğənni
Samirə Allahverdi musiqi nömrəsi ilə çıxış edib.
Görkəmli sənətkarın oğlu İlham Məmmədbəyov tədbirin təşkilatçılığına
görə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri
İttifaqının və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü
bildirib.
Qeyd edək ki, xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş
tutan anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu
rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM