- Son vaxtlar ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Bakıda birmənalı qarşılanmayan bir sıra bəyanatlar verib. O, özünün “Twitter” səhifəsində münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ olduğunu yazıb, Dağlıq Qarabağın birbaşa iştirakı ilə danışıqlar aparılmasına çağırıb, “Dağlıq Qarabağın yüksək səviyyəli rəsmi şəxsləri ilə” görüşlərindən danışıb. Daha əvvəl isə o, Sumqayıt hadisələrini xatırladığı haqda qeyd yazıb, Xocalı faciəsinin ildönümündə isə susub. Siz amerikalı həmsədrin fəaliyyətini necə şərh edə bilərsiniz?
- Cənab Uorlikin söylədikləri Bakıda diqqətdən kənarda qalmayıb. Sizin qeyd etdiyiniz çıxışlardan başqa, biz başqa mənbələrdən, o cümlədən Vaşinqtondan da informasiya alırıq. Bizə məlumdur ki, amerikalı həmsədr ABŞ-ın erməni diasporunun nümayəndələri ilə sıx əlaqələrə malikdir, hansı ki, onlar münaqişənin həllində barışmaz mövqedən çıxış edirlər. Sosial şəbəkələrdəki qeydlərə hətta gözucu baxmaq kifayətdir ki, amerikalı həmsədrin ABŞ-dakı erməni diasporu ilə təmaslara daha çox üstünlük verdiyini görəsən. Bununla yanaşı, Uorlik nəyə görəsə erməni kütləvi informasiya vasitələrinə müsahibələrinin istinadlarını həvəslə bölüşür, Azərbaycan jurnalistləri ilə təmasları barədə isə susur. Onun bəyanatlarında, konfranslarda çıxışlarında və analitik mərkəzlərin təmsilçiləri ilə görüşlərində birtərəfli yanaşma hiss olunur və münaqişənin tarixi, aparılan danışıqların mahiyyəti təhrif edilir. Cənab Uorlik vasitəçilərin fəaliyyəti üçün dəqiq çərçivələr və mandat müəyyən edən və eyni zamanda həll prosesinin təməlində dayanan beynəlxalq hüququn norma və prinsiplərini özü bildiyi kimi şərh edir. Bəzi mülahizələri isə ümumiyyətlə, provokasiya xarakterlidir. Amerikalı həmsədrin Ermənistanla Azərbaycan arasında münaqişənin alovlana biləcəyi haqda hansısa şayiələri tirajlamasını başqa cür qiymətləndirmək mümkün deyil. Onun Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Ukrayna hadisələrindən necə dərs götürməyin nəzərdən keçirilməsi barədə təklifi isə ən adi tənqidə dözümsüzdür. Bütün bunlar amerikalı həmsədrin mövqeyi və məqsədləri haqda müəyyən nəticələr çıxarmağımıza əsas verir.
Cənab Uorlikin həmsədrlərin öz neytrallığını saxlamasının vacibliyinə dair açıqlamalarına baxmayaraq, onun özünün fəaliyyəti bunun əksini göstərir. Cənab Uorlikin Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyə haqq qazandırmağa yönəlmiş çıxışlarının sifarişli xarakteri ortadadır. Mətbuatın məlumatına əsasən bu gün amerikalı həmsədr Kaliforniyada erməni diasporu tərəfindən təşkil olunan “İrəliyə doğru yol və Dağlıq Qarabağ Respublikası üçün öz müqəddəratını təyinetmə” adlı tədbirdə çıxış etməlidir. Bu cür tədbirdə iştirakın özü vasitəçi üçün yolverilməzdir. Amerikalı həmsədrin erməni tərəfinin maraqlarının müdafiəsinə doğru aydın şəkildə yönəlməsini nəzərə alaraq onun növbəti mesajlarının nə olacağını təxmin etmək çətin olmaz. Bu addımlı başqa nə cür qiymətləndirmək olar?
Biz dəfələrlə Minsk Qrupunun fəaliyyətindən və amerikalı həmsədrin açıqlamalarından narazılığımızı bildirmişik. Biz cənab Uorlikin Minsk Qrupuna etimadı azaldan, həmsədrlərin mandatına zidd olan və ümumilikdə danışıqlar prosesinin gedişinə zərər vuran bu addımlarına göz yuma bilmərik. Cənab Uorlikin bütün bu çıxışları göstərir ki, o, erməni tərəfinin maraqlarını təmin olunması və separatçılıq ideyalarını təbliğinə yönəlmiş addımları şüurlu şəkildə, qəsdən atmaqdadır. Amerikalı həmsədr beynəlxalq hüquq normaları və prinsipləri ilə manipulyasiya edir, halbuki istənilən vasitəçinin, xüsusən də onun mandatını müəyyən edən BMT TŞ-nin qətnamələrinin əsasında fəaliyyət göstərən vasitəçinin fəaliyyətinin əsasında ümumi prinsiplərinə qeyd-şərtsiz riayət etmək dayanır.
Bütün yuxarıda qeyd olunanlar Amerikanın Minsk Qrupundakı təmsilçisinə etimadsızlıq göstərmək, onunla çalışmaqdan imtina etmək və cənab Uorlikin həmsədrlikdən geri çağırılması məqsədilə ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət etmək üçün Azərbaycan tərəfinə hər cür əsas verir. Cənab Uorlik Azərbaycan tərəfinə başqa seçim imkanı qoymayıb. Bizə isə özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ölkəni təmsil edən həmsədrin gerçək məqsədləri barədə düşünmək qalır. O, ABŞ-ın rəsmi mövqeyinə əks olaraq öz addımları ilə separatçılığa və təcavüzə dəstək verir, Minsk Qrupunda böhranın başlanmasına və durumun gərginləşməsinə gətirib çıxarır. Bu isə hazırda mürəkkəb olan beynəlxalq şərtlər altında xüsusən kritik görünür.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM