Avstraliyanın Sidney şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

16:30 / 27.02.2017

Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya parlamentinin deputatı Kreyq Kelli, sənaye və elm naziri müavini Kreyq Londi, Türkiyənin Sidneyda baş konsulu Melih Karalar, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sidneydəki Azərbaycan və türk diasporlarının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən millət vəkili X.Fətiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni millətçiləri tərəfindən törədilən qanlı cinayətlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, öz çirkin niyyətlərindən əl çəkməyən Ermənistan təmas xəttində gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fikirlərini xatırladan deputat qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Milli Məclisin deputatı A.Mollazadə çıxışında vurğulayıb ki, Xocalı soyqırımının 25-cü ildönümü dünyanın hər yerində həmvətənlərimiz tərəfindən qeyd edilir. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insan küçələrə axışaraq Xocalı soyqırımı qurbanlarını xatirəsini yad etmək üçün yürüş edib. Xocalı soyqırımının XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirən millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına ən böyük təhlükə və əngəl mənbəyi olduğunu bildirib.

Türkiyənin Sidney şəhərində baş konsulu M.Karalar Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq işində türk diasporunun rolundan danışıb. Vurğulayıb ki, Xocalı soyqırımı heç zaman unudulmayacaq, onların qisası alınacaq, işğal altında olan torpaqlar azad ediləcək.

Avstraliya parlamentinin deputatı K.Kelli qeyd edib ki, Xocalı soyqırımı kimi hadisələrin təkrarlanmaması üçün dünya ictimaiyyəti həqiqətləri bilməlidir. Bu həqiqətlərin Avstraliya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirib. Azərbaycana səfərini xatırladan K.Kelli ölkəmizin müasir inkişafından, burada mövcud olan tolerantlıqdan və qonaqpərvərlikdən də danışıb.

Avstraliya hökumətinin sənaye və elm nazir müavini K.Landi Xocalı soyqırımını törədənləri pisləyərək, Azərbaycan və Türkiyə diasporlarının bu faciə barədə obyektiv məlumatların yayılmasında rolundan danışıb.

Tədbirdə, həmçinin Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, Azərbaycanın Avstraliyadakı səfirliyinin təmsilçisi Elcan Həbibzadə, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Avstraliya Azərbaycanlıları Cəmiyyətinin sədri Mikayıl Oyta və digərləri çıxış edərək Ermənistanın işğalçı siyasətinin iflasa uğrayacağını və Azərbaycan torpaqlarının tezliklə azad olunacağına əmin olduqlarını bildiriblər./azertac/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM